Prezident Vladimir Zelenski Rusiya- Ukrayna və Rusiya Federasiyası prezidentlərinin görüşünün nə qədər çox gecikdirilməsinin Putinə ziyanlı olacağı barədə açıqlama yayıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Zelenski Kiyev vilayətinin Buça şəhərinə səfəri zamanı paylaşdığı videosunda söylədikləri məhz Ukrayna Prezident Aparatı tərəfindən yayımlanıb. Sitat: “Rusiya Federasiyası görüş prosesini nə qədər uzadacaqsa, bu, onlar üçün və prinsipcə bu müharibə üçün bir o qədər pisdir. Çünki hər gün qoşunlarımız müəyyən ərazilərə girib işğaldan azad ediləndə görürsən ki, nə baş verir. Onların burada nə etdiklərini görəndə danışmaq çox çətindir. Hər gün çəlləklərdə, zirzəmilərdə boğulan və sadəcə işgəncələrə məruz qalan insanlar var. Ona görə də hesab edirəm ki, bu görüşün tez baş tutması onlara (ruslara – red.) lazımdır, əgər düşünməli bir şey varsa, daha tez düşün”.

Rusiya Prezidentinin Administrasiyasından hələki bu mesaja reaksiya verilməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN