ABŞ prezidenti Co Bayden Buçada gördüklərindən sonra Rusiya prezidenti Vladimir Putini "barbar" adlandırıb və bildirib ki, Rusiya Federasiyasının bu hərbi cinayətə görə cəzalandırılması üçün Rusiya vəhşiliyinə dair bütün dəlillər toplanmalıdır.
Tezadlar.az bildiri ki, bu barədə CNN-Türk məlumat yayımlayıb. Bayden əsəbi halda deyib: “Yəqin xatırlayırsınız ki, Putini hərbi cinayətkar adlandırdığım üçün məni tənqid edirdilər, bəli, o, hərbi cinayətkardır. Amma biz məlumat toplamalı, Ukraynaya silah verməliyik ki, onlar döyüşməyə davam etsinlər, bütün detalları toplayaq ki, bu, əsl müharibə cinayəti məhkəməsi olsun. Bu adam barbardır. Buçada baş verənlər dəhşətlidir. Və hamı gördü. Məncə, bu, müharibə cinayətidir. Mən yeni sanksiyalar axtarıram, sanksiyaları davam etdirəcəyəm”.
Buçada baş verənlərdən sarsıldığını bildirən Bayden eləcə də əlavə edib ki, o, Rusiya ordusunun vəhşiliklərini, Kiyev vilayətində dinc əhalinin öldürülməsini heç də Ukrayna xalqının soyqırımı hesab etmir. ABŞ prezidenti işğalçıların hərəkətlərini məhz “müharibə cinayəti” hesab etdiyini bildirib.
Buçada baş verən kütləvi qətllərə görə isə hələki rəsmi Kremldən hər hansı ciddi reaksiya yoxdur. Amma faktla ortadadır və olduqca ciddidir...
A.Məmmədli