Ukrayna ordusu ardıcıl olaraq işğal olunmuş ərazilərdə nəzarəti ələ keçirməkdədir...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiya ordusu Ukraynanın Dobryanka, Novovoznesenskoe və Trudolyubovka yaşayış məntəqələri üzərində nəzarəti itirib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 04.06.2022-ci il tarixə olan məlumatında belə deyilir. Sitat: "Düşmən Ukrayna Silahlı Qüvvələrinin qəti hücum hərəkətləri nəticəsində Dobryanka, Novovoznesenskoe və Trudolyubovka yaşayış məntəqələri üzərində nəzarəti itirib. Aleksandrovka qəsəbəsi ərazisində döyüşlər davam edir".
Xatırladaq ki, Dobryanka və Novovoznesenskoye Xerson vilayətinin Berislavski rayonunun Vısokopolski qəsəbə icmasının kiçik kəndləridir. Trudolyubovka isə Xerson vilayətinin Novovorontsovski rayonunda kənddir. Onlar Dnepropetrovsk vilayəti ilə sərhədə daha yaxındır. Xerson vilayətində Aleksandrovka adlı bir neçə kənd var və Nikolaevdə Xerson rayonuna yaxındır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN