...Dünya iki gündür Putin hərbçilərinin Ukraynanın Buça şəhərində harda güllələdiyi insanların meyitləri səpələnmiş ərazilərdəki dəhşətləri müzakirə edir...

Rusiya XİN rəhbəri ağsaqqal Lavrov isə bunun təxribat olduğunu deyir. Sözün bitdiyi yer! Artıq ABŞ və Avropa İttifaqının üzv ölkələri Rusiya rəhbərliyinin bu əməlini hərbi cinayət kimi nəzərə alıb daha sərt sanksiyalara getməli oldu... Sosial şəbəkələr isə ən ağrılı şərhlərlə dolub daşır. İkinci Xocalı dəhşətlərini yaşatmış erməni əməlləri ilə eyni olan bu cinayətə Azərbaycandan sosial şəbəkə istifadəçisi Nadir Diridağlı görün nə yazır: "Siz nə vaxtsa... kəfəni yırtıb çıxan adam gördünüzmü? Ağrının, acının, dərdin, kədərin şəkili qənşərinizə çıxdımı? 41 gündə ucalan və qocalan adama rast gəldinizmi? Əgər görmədiniz, bilmədinizsə onda yaxşı baxın, diqqətlə baxın bu şəklə... Bu, ONUN - müqəddəs KƏDƏRİN şəklidir, yeriyən canlı heykəlin!" 

*** 

Bu Ukrayna prezidenti Zelenskinin- rusların Buçada törətdiyi dəhşətlərini görüb dəhşətə gələn və ölkəsinə sadiq rəhbərin fotosudur-dərdi və kədəridir! Baxın və düşünün...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN