Azərbaycan XİN Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri ilə məlumat yayıb.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 2022-ci il 10 aprel tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycanın Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir",-deyə məlumatda qeyd edilir.