Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbərinə verib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. “Prezident Zelenski Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikasa dövlətimizin Aİ üzvlüyünə namizəd statusu alması üçün doldurulmuş sorğu anketini təhvil verib”, - məlumatda deyilir. Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynada keçirdiyi mətbuat konfransında həmin anketi Zelenskiyə təqdim etmiş və onu bir neçə il ərzində yox, həftələr ərzində doldurmağa kömək edəcəyinə söz vermişdi. Bu anket Avropa Komissiyasına Aİ Şurasına Ukraynanın quruma daxil olması ilə bağlı danışıqların başlanması istiqamətində müzakirələrə başlamağı tövsiyə etməyə imkan verəcək.

Rusiya KİV-ləri isə rəsmi Kremlin bu xəbərdən dilxor olduğunu yazır. Ukrayna cəbhəsində ifadə ediləcək bu əsəb gərginliyi gün ərzində özünü göstərib. Amma Ukraynanın hərbi-siyasi rəhbərliyi isə bu təzyiqlərinin fərqində deyil.

Bu arada Zelenski bu gün Baydenlə danışıb və onu Ukraynaya dəvət edib, ondan silah və hərbi yardım istəyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN