Aprelin 19-da hərbçimiz Kəlbəcər ərazisində  minaya düşüb.

Tezadlar.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşüb. Xəsarət alan Ayxan Camalzadə hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

 Bildirilib ki, faktla bağlı Kəlbəcər Hərbi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci maddəsi ilə cinayət işi başlanıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN