Ukrayna Silahlı Qüvvələri əks hücuma keçərək rus işğalçılarını Donetsk vilayətindəki Maryinkadan sıxışdırıb çıxarıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Ukrayna Müdaiə Nazirliyinin Baş Qərargahınn axşam xülasəsində məlumat verilib. Sitat: "Donetsk istiqamətində, Marinka şəhəri ərazisində qoşunlarımızın əks-hücum əməliyyatı nəticəsində düşmən itki verərək geri çəkilib. Müdafiə Qüvvələrinin bölmələri bu yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Slobozanski istiqamətində də düşmən Xarkov şəhərini qismən mühasirəyə alıb. İşğalçılar qoşunlarımızın bölmələrinə və mühüm infrastruktur obyektlərinə atəş açmağa çalışırlar. Düşmən bölmələri İzyum şəhərinin cənubunda irəliləyərək hücum əməliyyatları keçirməyə cəhd edib. Uğur qazana bilmədilər, itki verdilər və əvvəllər tutduqları mövqelərə geri çəkilməyə məcbur oldular".

Baş Qərargah bildirib ki, Nikolayev və Xerson vilayətlərinin inzibati sərhədindəki Aleksandrovka yaxınlığında da döyüşlər davam edir. İşğalçılar ukraynalı müdafiəçiləri Xerson vilayətinin inzibati hüdudlarından çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər. Belarus ərazisindən Rusiya hərbçiləri zədələnmiş zirehli texnikaları dəmir yolu ilə Rusiya Federasiyası ərazisinə daşımaqda davam edir. Eyni zamanda, işğalçılar Ukrayna şəhərlərinə hava və raket zərbələri endirmək üçün Belarus aerodromlarından istifadə etməkdə davam edirlər. Baş Qərargah təkidlə bildirib ki, ruslar hərbi əməliyyatlar nəticəsində xeyli şəxsi heyət itkisinə məruz qalıblar. Ukrayna kəşfiyyatının məlumatı var ki, 2022-ci ilin əvvəlindən Cənub Hərbi Dairəsinin 42 hissəsində müqavilə üzrə cəmi 130 hərbi qulluqçu xidmətə seçilib. Onlardan 22-si artıq Ukrayna ərazisində qondarma “xüsusi əməliyyat”da iştirakdan imtina edib.
 Beləliklə, hər iki tərəfin döyüş əməliyyatları davam edir: Ukrayna ərazisini işğalçılardan təmizləmək üçün, Rusiya isə işğalını davam etdirmək üçün...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN