Bu gün mayın 9-da Varşavada Sovet əsgərlərinin qəbiristanlığına əklil qoymaq üçün oraya gələn Rusiya səfiri qırmızı boya ilə boyandı.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Polsat Agentliyi məlumat yayıb. Rusiyanın Varşavadakı səfiri Sergey Andreev əklil qoymaq üçün sovet əsgərlərinin qəbiristanlığına gəlib. Lakin o, ukraynalı fəallar tərəfindən mühasirəyə alınıb, atışma baş verib, nəticədə səfir “Faşist!” şüarları altında qırmızı boya ilə boyanıb. Bir çoxları Ukrayna bayraqları ilə, digərləri isə qana bulaşmış ağ çarşaf geyinmiş halda müharibə əleyhinə şüarlar səsləndiriblər. Hadisədən sonra Rusiya səfiri deyib: "Mən prezidentimlə fəxr edirəm. Bu ərazilər Ukraynaya aid deyil". O, özünü qondarma respublikalar elan edənlərə işarə edərək belə deyib.
Bundan əvvəl Polşa KİV-ləri naməlum şəxslərin sovet əsgərlərinin barelyefinin postamentlərindən birində sarı və mavi boya ilə “Putini öldürün” yazısını qoyub getdiyini yazıb. Rusiya səfiri ora gələnə qədər xüsusi xidmət orqanları həmin yazını yığışdırıblar. Qəbiristanlığın ərazisinə polisin nəzarət etməsinə baxmayaraq, yazı yenidən hazırlanıb.
Rusiyanın paytaxtında isə bu gün 9 may paradı baş tutub. Əvvəlki illərin ovqatı duyulmayan paradda qırıcılar olmayıb... Putin ənənəvi müraciətində deyib ki, Rusiya ordusu Ukraynada öz torpaqlarının uğrunda döyüşür.
A.Məmmədli