Finlandiya prezidenti Sauli Niiniste və baş nazir Sanna Marin ölkənin NATO-ya qəbulunu dəstəklədiklərini rəsmən bəyan ediblər.
Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Finlandiya prezidentinin saytındakı bəyanatda deyilir. Niiniste və Marin xatırladırlar ki, yazda Finlandiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı mühüm müzakirə aparılmışdı, çünki həm parlamentdə, həm də bütövlükdə cəmiyyətdə daxili mövqenin formalaşması üçün vaxt lazım idi.
"Həm NATO ilə, həm üzv ölkələrlə, həm də İsveçlə sıx beynəlxalq təmaslar üçün vaxt lazım idi. Biz müzakirəyə lazımi yer vermək istədik", - bəyanatda deyilir.
"İndi qərar vaxtı yaxınlaşır, biz də parlament qrupları və partiyalarla bağlı ümumi mövqeyimizi ifadə edirik. NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini artıracaq. NATO üzvü kimi Finlandiya bütün müdafiə alyansını gücləndirəcək. Finlandiya təcili olaraq NATO-ya üzvlük üçün müraciət etməlidir" , - Finlandiyanın prezidenti və baş naziri bildirib.
Dünən mayın 11-də Böyük Britaniyanın baş naziri Boris Conson hər iki Skandinaviya ölkəsinə səfər edərək İsveç və Finlandiya liderləri ilə qarşılıqlı təhlükəsizlik zəmanəti imzalayıb.
Xatırladırıq ki, Putin Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə bu ölkəni "Ukrayna hədəsi" ilə təhdid etmişdi...
A.Məmmədli