Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Ukraynanın ələ keçirilməsində düşmənə kömək etməli olan Rusiya Federasiyası Baş Qərargahının Baş İdarəsinin kəşfiyyat şəbəkəsini ifşa etdiyini iddia edir.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə UTX-nin rəhbəri Artem Dextyarenko bildirib. Sitat: “Bura xüsusən də xalq deputatı Andriy Derkaç daxil idi, o, istintaqa görə, Ukraynanı tez bir zamanda ələ keçirmək üçün bu strukturlardan istifadə etmək üçün müxtəlif ərazilərdə bir sıra özəl mühafizə şirkətlərinin yaradılmasına nəzarət edirdi. UTX-nin təşəbbüsü ilə xalq deputatına qarşı Baş prokuror tərəfindən ibtidai istintaq başlanılıb”.
Xatırladırıq ki, sən demə, UTX uzun müddət imiş ki, şəbəkəni izləyib və operativ şəkildə inkişaf etdirdiklərini bildirib, lakin gizli xidmət nəhayət, müharibənin əvvəlində xalq deputatının keçmiş köməkçisi İqor Kolesnikovu saxlayaraq onu zərərsizləşdirib. "Əslində, o, Rusiya Baş Qərargahının Baş İdarəsinin veteran çağırış nişanlı açıq-aşkar əməkdaşı olmaqla, Rusiya xüsusi xidmət orqanları ilə Derkaç arasında siqnalçı və maliyyə kuryeri idi", deyə Dextyarenko bildirib.

Deyəsən, Ukrayna-Rusiya müharibəsi çox qaranlıq mətləblərin üstünü açacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN