Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Hirkan Milli Parkına səfəri başlayıb.

Mediaturda məqsəd jurnalistlərin bu təbiət möcüzəsi ilə daha yaxından tanış olmaq və media nümayəndələrinin yay istirahətini daha maraqlı etməkdir. Jurnalistlərin səfərinin daha maraqlı və yaddaqalan olması üçün nazirliyin rəhbər heyəti mümkün olan bütün şəraiti təşkil edib.

Xatırladırıq ki, jurnalistlərin səfərində nazir Muxtar Babayev, nazir müavini Firdovsi Əliyev, nazirin müşaviri Zaur Zeynalov, nazirliyin Kdepartament rəhbəti Umarya Tağıyeva və dugər rəhbər şəxslər iştirak edirlər.

"Təzadlar"ın baş riedaktoru Adif Mərzili və Trtajans.az saytı İdarə Heyətinin sədr müavini Yasəmən Məmmədli də mediaturun iştirakçılarıdırlar.

Elbar Şirinov

P.S. Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənubi-şərqində, Lənkəran inzibati rayonunun ərazisində yerləşir.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür. Burada ən isti ayın orta temperaturu 270S olur.

Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır.

Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıdazalır, onları fıstıq meşələri əvəz edir. Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.

Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu,Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenotvə s. növlərə rast gəlmək olar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN