“Biz hələ ki, Şuşa əməliyyatını ictimaiyyətə tam şəkildə çatdıra bilmirik. Burada bir məxfilik amili var”. Tezadlar.az bildirir ki, bu sözləri AzTV-yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib... Z.Həsənov Şuşa əməliyyatından danışarkən indiyədək bilmədiyimiz olduqca maraqlı məqamlara toxunub: Sitat: “Şuşa əməliyyatının hazırlanmasında bir neçə məsələni xüsusi qeyd etmək istəyirəm. Əməliyyatı hazırlayandan sonra cənab Prezidentə məruzə etdik. Təbii ki, o da fikirlərini söylədi, düzəlişlər etdi. Bilin ki, düşmən bizi ayrı istiqamətdən gözləyirdi. Birinci istiqamət o idi ki, onlar bizi həmişə Ağdam tərəfdən gözləyirdilər. Son günə kimi orada güclü bir qrup saxlayırdılar. Onlar da sonda mühasirəyə düşdülər. Döyüşlər dayanmasaydı, orada Ermənistan ordusu böyük itki verəcəkdi. İkinci ehtimalları o idi ki, onlar bizi Qırmızı bazar istiqamətindən gözləyirdi. Orada da güclü müdafiə qurmuşdular. Ancaq bizim qəhrəman Mühəndis qoşunlarımız bir gecədə yol açdı. İndi Zəfər yolu ilə neçə saata gedirsiniz? Bax bu yolu bizim qəhrəmanlar bir gecədə açdılar. O yol torpaq yolu idi. Yağış yağırdı, yollar palçıq idi. Yəni, əməliyyatın hazırlıq ərəfəsində bizim topçular, havaçılar, raketçilər həm Laçın istiqamətində, həm də Xankəndi istiqamətində düşmənin hərəkətinin qarşısını aldı. Düşmənə imkan vermədik ki, Şuşanın müdafiəsində iştirak etsinlər. Bu əməliyyatın növbəti mərhələsində bizim qəhrəman xüsusi təyinatlılar Şuşaya daxil oldular və Şuşanı işğalçılardan azad etdilər. Xüsusi qeyd etmək istəyərdim ki, əməliyyatın hazırlığında möhtərəm Prezident qəti qadağan etdi ki, Şuşa əməliyyatında artilleriyadan istifadə edilməsin. Birmənalı şəkildə dedi ki, bu, bizim tarixi şəhərimizdir, gərək bunu nəzərə alasınız. Adi döyüşlərdə təbii ki, artilleriyadan istifadə edirdik. Şuşa döyüşlərində nə artilleriyadan, nə də təyyarələrdən istifadə etdik. Şəhərə ağır zərbələr vurmadıq. Təbii ki, bu da düzgün idi. Nəticədə bizim qəhrəman xüsusi təyinatlılarımız əlbəyaxa döyüşdə Şuşanı azad etdi”.
***
Bəli, uzun zamanlardır Rusiyadakı havadarlarına sığınıb bölgədə at oynadan ermənilər 44 günlük müharibə ilə "mozqotryoseniye" alaraq gəldikləri yerə qayıtmalı oldular. Və hələ də bir sual ətrafında baş sındırırlar ki, axı bunlar necə baş verdi??? Yəni, yalançı qəhrəmanlığın-saxta mifin sonu belə bir məyyusluqla bitdi. Dərs olacaqmı???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN