Dəlidən doğru xəbər və ya Paşinyan yenidən müharibədən danışıb...
Məsələn, "Azərbaycan Ermənistanla dialoqdan imtina edir, çünki bu, ona qarşı müharibənin legitimliyinə şərait yaratmaq üçün edilir", -deyən Ermənistanın baş naziri Nikol Paşinyan dünən onlayn mətbuat konfransında bildirib ki, guya “Azərbaycan razılığa gəlməkdən imtina edir və buna görə Ermənistanı günahlandırır. Bunun niyə baş verdiyinə dair heç bir illüziyamız yoxdur. Məncə, bu, Ermənistana qarşı müharibənin legitimliyinə şərait yaratmaq üçün edilir. Azərbaycan 30 ildən artıqdır ki, Ermənistana qarşı blokada siyasəti aparır və indi də Ermənistanı blokadada saxlamaq üçün proses davam edir, çünki onların fikrincə, bu siyasət daha effektivdir".
Amma Paşinyanın nədən belə danışdığının sirri bəlli oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə olarkən Ermənistan hökumətinin regionda sülhün davam etdirlməsi üçün dialoqdan yayındıqlarını və müharibə istədikləri təqdirdə isə mesaj verərək demişdi: "Əgər Ermənistan tərəfi sülh əvəzinə yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq".
İlham Əliyev bunun ardınca həm də Paşinyana və ətrafına xatırlatmışdı ki, dəmir yumruq hazırdır, istəyirlərsə, buyursunlar...
A.Məmmədli