...Düşməni uzaqda axtarmayaq, elə burnumuzun ucunda, Xəzərin sahilində nə qədər istəsəniz var...
Uzun illərdir Xəzərin sahilini uzun -uzadı hasarlarla mühasirəyə alan bəzi məmurların sadə xalq ilə düşmənçiliyinin kökünü kim bilir? Bu cavabsız sualı qoyaq bir kənara və keçək mətləbə: son vaxtlar Bakı Şəhər İcra Hakimiyyətinin Buzovnada dənizkənarı hasarların sökməsini həyata keçirməsi ictimai diqqəti özünə cəlb edib. Bu çox azdır və Xəzərin sahilləri Türkiyədə, İspaniyada, Qara dənizdə, Aralıq dənizində... olduğu kimi, azad edilməlidir!!! Tanınmış vəkil Aslan İsmayılov da bu məsələdə haqlıdır, əsəbidir: "...Əvvəllər ənənəvi çimərliklər olmuş bütün sahələr səddlərdən azad edilməli və Xəzərin sahillərinin hasarlanmasına son qoyulmalıdır. Xüsusilə, sahilkənarını zəbt etmiş şəxsi villaların hasarları sökülməlidir. Xəzərin sahillərini hasarlayan acgözlərə onu da bildirirəm ki, geci-tezi bütün Xəzər sahilləri hasarlardan azad ediləcək. Ona görə də nəfsinizə aldanıb sahilboyu imarətlər tikməyin. Hasarları sökülənlər isə haray-həşir salıb kompensasiya tələb etməsinlər, çünki onlara razılıq verən məmurlar qədər onlar da günahkardırlar...".
Bəli, Xəzər hasarlardan xilas olmalı, insanlar dənizə meyl salmalıdır, küsməməlidir... Çünki Xəzər milli sərvətdir, yəni millətin və dövlətin sərvətidir, hansısa məmurun yox...
A.Məmmədli 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN