Dünya bu gün-27.07.2021
ALEKSANDR DÜMA
(1824-1895)
Fransız yazıçısı Aleksandr Düma 1824-cü il iyulun 27-də Parisdə görkəmli fransız dramaturqu Aleksandr Dümanın ailəsində dünyaya göz açıb. Atası ilə dəyişik salmamaq üçün oğul Aleksandr Düma adı ilə tanınır. 18 yaşında dövri mətbuatda ilk şeiri dərc olunub. 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə alıb. Onun ən məşhur əsəri Mari Duplessi adlı məşuqəsindən təsirlənərək yazdığı “Kameliyalı Qadın” romanıdır. 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Çar Rusiyası ərazisində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa və Tiflisdə olub. Vətənə qayıtdıqdan sonra səfər qeydlərini 68 fəsildən ibarət "Qafqaz səfəri" adlı əsərində oxucuları ilə bölüşüb. Əsər boyu azərbaycanlılardan tatarlar deyə bəhs edən Aleksandr Düma 1895-ci il noyabrın 27-də vəfat edib.