Mixeil Saakaşvili 2 oktyabr tarixində Gürcüstana gələcəyini elan edib. Bu barədə Saakaşvili video müraciəti zamanı açıqlama verib.

Onun sözlərinə görə, o artıq 2 oktyabr tarixinə bilet alıb və axşam saatlarında Tbilisidə olacaq. O həmçinin, 2 oktyabrda seçki məntəqələri bağlandıqdan sonra əhalini meydanlara toplaşmağa çağırıb. M. Saakaşvili bundan başqa, əhalini 2 oktyabrda seçkilərə çıxmağa da səsləyib. Həmçinin Saakaşvili, Gürcüstana gəlmək üçün aldığı biletin şəklini də paylaşıb. Biletdə qeyd olunan məlumatlara əsasən, M. Saakaşvili 2 oktyabr saat 23:05-də Tbilisidə olacaq.

Gürcüstanın siyasi rəhbərliyi isə hələki onun bu açıqlamasına münasibət bildirməyib. 

*** 

Ciddi desək, Azərbaycanın sabiq spikeri Rəsul Quliyev də 2005-ci ildə Ukraynadan bilet alıb Azərbaycana, yəni hakimiyyətə qayıdacağını bəyan etmişdi... Amma və lakin... O vaxt Rəsul Quliyevin bu populist iddiasına bir çoxları, o cümlədən Əli İnsanov, Fikrət Sadıqov, Akif Muradverdiyev, Fərhad Əliyev, Fikrət Məmmədov və başqaları inanıb mövcud hakimiyyətin  ayağının altını qazmaqda idilər. Lakin sağ olsun Fikrət Məmmədov, hakimiyyəti vaxtında duyuq salmışdı... Rəsul Quliyev isə yenidən ABŞ-a qayıdıb getmişdi...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN