“Get hoppan” mahnısı ilə gündəmə gələn, sonra isə soyunmaqla sənətdə bir az da irəli gedən, artıq iki dəfə ərdə olmuş müğənni Mina Hüseyn ümrə ziyarəti zamanı (kiçik həcc ziyarəti) tanış olduğu bəydən “Mtv Maqazin” verilişində danışarkən belə deyib: “Hələ bir aydır tanışıq. Odur ki, ağızdolusu danışa bilmirəm. İnşallah, yaxşı olar, toy haqqında danışmaq hələ tezdir”.
P.S. Adama deyərlər ki, ay Mina xanım, sən ümrə ziyarətinə, Allaha dua etməyə getmisən, yoxsa ər axtarmağa? Ay balam, heç olmasa, müqəddəs yerlərdə Allahla ünsiyyətdə olanda ehtirasınızı öldürün və gözləriniz kişi axtarmasın dayna. Yoxsa Mina xanım elə orada da dua etməklə, Allahdan özünə kişi istəyib. Qurban olduğum da, elə bil əlinin altında imiş, dərhal bu istəyi yerinə yetirib. Vallah, bu şou əhlindən nə desən gözləmək olar. Müqəddəs yerlərdə də dinc dayanmırlar.