Rusiyalı özbək əsilli sahibkar, “İncəsənət, Elm və İdman” Xeyriyyə Fondunun təsisçisi Əlişir Usmanov "Russia Creative Awards" Rusiya milli mükafatının nəticələrinə görə, kreativ yaradıcılıq sahəsində ilin messenatı seçilib.

Bu barədə Fondun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Zaryadye” konsert zalında keçirilən tədbirdə 11 nominasiya üzrə mükafat sahiblərinin də adları açıqlanıb.

***

Qeyd edək ki, özbək əsilli Rusiyalı iş adamı, milyarder, “USM Holdings”in qurucusu olan Əlişir Usmanov ölkənin ən zəngin iş adamlarından biridir və xeyriyyəçiliklə məşğuldur.

O, 2008-ci ildən 2022-ci il martın 3-dək Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti olub.

28 fevral 2022-ci ildə bütün Aİ ölkələri ona “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə qarşı” sanksiyalar tətbiq etdi. Böyük Britaniya, ABŞ, Yaponiya, Kanada və Avstraliya da sanksiyalara qoşuldular. Martın 16-dan Usmanov ABŞ-ın prioritet sanksiyalarına nəzarət siyahısındadır. O, həmçinin İsveçrənin də sanksiyaları altındadır.

Mart ayında isə iş adamının təxminən 600 milyon dollar dəyərində, 156 metr uzunluğunda olan  “Dilbar” adlı yaxtası  Hamburq şəhərində alman səlahiyyətliləri tərəfindən müsadirə edilib.

Xatırladaq ki, Əlişir Usmanov vətəni Özbəkistanda koronavirus ilə mübarizə üçün 20 mln.dollar ayırmışdı, həmçinin 500 min doza “Sputnik V" Rusiya vaksinini hədiyyə edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN