Təmənnasız xidmət hər zaman alqışa layiq olub!
Elə bu mənada əlilliyi olan şəxslərin diqqətinə bir vacib xəbəri çatdırırırq! Belə ki, “Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlilliyi olan şəxslərə ödənişsiz hüquqi yardım xidməti təklif edir. Aşağıdakı xidmətlər tam ödənişsiz həyata keçirilir.
- hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin verilməsi;
- dövlət qurumlarına ünvanlanan ərizələrin, şikayətlərin və digər müraciətlərin tərtib edilməsi;
- dövlət orqanlarından və digər qurumlardan daxil olmuş rəsmi sənədlərin məzmunun izah edilməsi;
- digər növ hüquqi məsləhət xidmətlərinin göstərilməsi.
Hüquqi yardım xidməti üçün həftənin I-V günləri saat 10.00-dan 18.00-dək əlaqə saxlaya və müraciətlərinizi ünvanlaya bilərsiniz:
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Telefon və Whatsapp nömrələri: +994 514540529