Dağıstanın Kaspiysk şəhərində  uşaqlar üçün müasir reabilitasiya mərkəzi istifadəyə verilib.

Mərkəz ildə 18 yaşa qədər 600-ə qədər uşağı qəbul edə biləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Dağıstan rəhbərinin mətbuat xidməti  məlumat yayıb.

Bildirilir ki, Kaspiyskdə uşaqlar üçün yeni müasir reabilitasiya mərkəzinin təntənəli açılışı olub.

Qeyd olunur ki, mərkəz robot texnologiyalarının köməyi ilə sağlamlıq imkanları məhdud uşaqların hərəkətinin dolğunluğunun bərpasına kömək edir.Dağıstanın rəhbəri Sergey Melikov açılış mərasimində bildirib ki, bu, respublikanın ən yaxşı mərkəzidir və ölkənin digər mərkəzləri ilə rəqabət apara bilər. Onun sözlərinə görə, regionun hakimiyyət orqanları hər şeyi edir ki, Dağıstan uşaqları heç nə ilə məhdudlaşmasın.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN