Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova bir il əvvəl evləndiyi Eşqin Cəlilovdan bir həftə əvvəl boşanıb. Aysun bu boşanmanın dərdi-qəmini unutmaq üçün Qəbələyə gedib və oradan çəkdirdiyi şəkilləri sosial media hesabında paylaşıb.

P.S. Ay başınıza dönüm, bu qız nə yatdı ki, nə yuxu görə? Aysun xanımın bu evliliyi heç bir il çəkmədi. Keçmə də şou-əhlinin bu cür boşanma  şoularından. Mən başa düşə bilmirəm, məgər şou-əhli xanım ərdə bir ildən artıq qala bilməz? Amma Aysunun boşanandan sonra dağlara gedib çəkdirdiyi şəklillərə baxıram, elə bil yazıq bu ayrılıqdan havalanıb, sanki göylə əlləşir. Bir şəkilə diqqətlə baxın. Vallah bu qız havalıya oxşayır və qorxuram ki, özünə xəsarət-zad yetirər. Aysunu indiki vaxtda tək buraxmaq olmaz. Bəlkə də mərhum şairimiz Söhrab Tahir demiş, boşanmaq dəbdir deyə, Aysun bala da dəbə uyğun hərəkət edir? Bu şou əhlindən nə desən çıxar... Bu yerdə şair S.Tahir çox gözəl deyib:

“... Ağart saçı, yol onu sən,

Saçı yolmaq moddur indi.

Bir il qaldın, boşan ərdən,

Ərsiz qalmaq moddur indi”.

***

ATV kanalında yayımlanan “Bizimləsən” verilişində qonaq olan müğənni Sahib İbrahimovun  Həlimə adlı bir ifaçıya “sən nə ifaçısan, küçə adamı kimi danışırsan” deməsi, canlı efirdə babat qalmaqal yaradıb.

P.S. Rəhmətliyin uşağı, elə səhnəyə küçədən keçənləri, ərindən boşananları dəvət edirlər dəəə... Elə ona görə də efirlərin zayı çıxıb. Hələ belə küçədən keçənlərin hesabına insanların musiqi zövqünün tamam korlanmasını demirəm.

***

 “Avroviziya - 2023” təmsilçilərimiz olan əkiz qardaşlar Tural və Turan onları geyimlərinə görə tənqid edənlərə belə cavab veriblər: “Geyim haqqında onu demək istəyirik ki, biz geyimimizi sevirik. Bizim tənqid edilən o geyimlərimizi biz çox sevə-sevə geyinirik”.

P.S. Elə mütrüf, yəni hamam xalatına oxşar allı-güllü geyindiklərinə görə sənətə, peşəkar ifaya fikir verməyiblər və nəticədə heç finala da çıxa bilmədilər. Bu, bir. İkincisi, məsəl var e, deyərlər, “adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar”. İndi burada Tural-Turan qardaşları da sənətləri olmadığına görə geyimlə yadda qalmaq istəyiblər. Bir də maraqlıdır, bir kişi olaraq belə allı-güllü paltar geyinməklə niyə öz orientasiyaları barədə şübhə yaradırlar?

***

Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində namizədlərdən biri olan Kamal Kılıcdaroğlunun, el arasında deyildiyi kimi, Bay, Bay Kamalın təqdim etdiyi xəritədə yeni ipək yolu Azərbaycandan yan keçir.

P.S. Allahın türk millətinə və bizə yazığı gəlsin ki, bu Bay, Bay Kamal seçilməsin. Çoçuk qatilləri olan, kürdlərə və türkün düşməni olan erməniyə dayı deyərək, hakimiyyətə gəlmək istəyən Bay, Bay Kamalın yolunu Allah bağlasın.

***

Qəzetlərin birində Vasif Talıbovun və doğmalarının banklardan iri məbləğdə pulların çıxarılması barədə olan yazıya belə bir başlıq qoyulub: “Talıbovlar banklarda olan milyonlarını daşıyır”.

P.S. Görəsən, Talıbovlara bu milyonları daşımaqda kömək lazım deyil ki? Mən böyük məmuniyyətlə milyonlarla dolu o torbaları daşımaqda kömək edərdim. Arada o torbalardan 5-10 “paçka” 100-lük dollar, avrolardan çırpışdırsam, Talıbovlar nə biləcək? Atalar deyib axı, “oğrudan oğruya halaldır”.

***

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopıkin “Sputnik Ermənistan”a verdiyi müsahibədə maraqlı açıqlama verib: “Əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Qarabağın həmin hissəsi o formada qalmayacaqdı”.

P.S. Səfir diplomatik dillə demək istəyir ki, Qarabağda rus qoşunları olmasaydı, orada bir nəfər də erməni qalmayacaqdı. Bax, buna deyərlər, dəlidən doğru xəbər. Amma bu səfirə demək lazımdır ki, rus olmasaydı, ümumiyyətlə, Azərbaycan torpağı hesabına nə Ermənistan dövləti, nə də Qafqazda bir nəfər də olsun erməni olmazdı.

***

Xəbər verilir ki, Bakıdan qayıtdıqdan sonra Qarabağdakı rus qoşunlarının komandanı general Akeksandr Lentsovla Xankəndi seperatçıları arasında çox ciddi konflikt başlayıb.

P.S. Eybi yox, qoy bu konflikt lap dava-qırğına, ölüm-itimə çevrilsin. Necə deyərlər, “ölən sizdən olsun, ağlayan bizdən”. Amma deyəsən, bu məsəldə atalar bir balaca yanlışlığa yol veriblər.  Məsəl indi belə olmalıdır: “Ölən sizdən olsun, gülən bizdən”. Düşmənin leşinə niyə ağlamalıyam ki?!”

***

Dəyərli həmkarımız Zamin Hacı öz köşə yazısında xalq artistlərinin bolluğundan bəhs edir və 452 nəfərin bu adı daşıdığını qeyd edərək yazıb: “Hələ xalq artistləri, xalq şairləri, xalq rəssamları da var ey... Hər cür fəxri adımız var, amma fəxr etməyə vaxtımız çatmır”.

P.S. Zamin bəy, bunun nəyi pisdir ki? 452 xalq artisti varsa, deməli, 452 nəfər çəpik çalan var dəə. Çəpik çalmaq da ki, yaxşı bilirik, bizim milli adətimizdir. Adətə də ki, xor baxmaq olmaz. Ona görə də ünlü şairimiz Məmməd İsmayıl çəpik çalanlara həsr etdiyi şeirində belə yazıb:

“...Açılan sandığı, pambığı əldə,

Soyulan dərisi, qabığı əldə,

Əldədir dirijor çubuğu, əldə,

Bu xalq çəpik çalmaq öyrənir hələ”.

Ona görə də, Zamin bəy, xalq artistinin, fəxri adların sayını 452-dən 2552-yə qaldırmaq lazımdır ki, çəpik çalanların səsi daha gur çıxsın və sən də zəhmət çəkib onlarla fəxr etməyə vaxt tapmalısan.

***

Xəbər verilir ki, məşhur Hollivud aktyoru Robert De Niro 79 yaşı olmasına baxmayaraq, dördüncü evliliyindən yenidən ata olub.

P.S. Hə, deməli, bu məşhur aktyor 79 yaşında ata olub. Yəqin aktyor yaşadığı yerdə cavan bir oğlanla qonşudur...

***

Müğənni Elton Hüseynəliyev verilişlərin birində etiraf edib ki, o, anasına yaxşı övlad olmayıb.

P.S. Etiraf etmək böyüklükdür. Görəsən, Elton Hüseynəliyevdə o cəsarət tapılacaqmı etiraf etsin ki,  həm də”yaxşı sənətkar ola bilmədim”.

***

Hollivud ulduzu Şeron Stoun, porno ulduz erməni Kim Kardaşyanın hansısa filmdə baş rola çəkilməsini tənqid edərək belə deyib: “Bədənini möhkəmləndirmək üçün müxtəlif əməliyyatlar keçirir. Aktyorluq və istedad məsələsində belə əməliyyatlar keçərli deyil. Hətta beyinə cərrahi müdaxilənin də xeyri yoxdur”.

P.S. Erməni millətinin, o cümlədən Kim Kardaşyanın böyük Ermənistan xəstəliyindən beyinləri artıq metastaz verib və doğrudan da heç bir cərrahi müdaxilə onları xilas edə bilməz. Bu səbəbdən erməni millət bir sinif kimi məhvə məhkumdur.

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN