Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Tezadlar.az-a MEK-dən məlumat verilib. Bildirilib ki, tədbirdə MEK-in baş direktoru professor Məmməd Əliyev uşaqları bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

“Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də dahi şəxsiyyətin xeyirxah ənənələrini uğurla həyata keçirir”, - deyə M.Əliyev bildirib.

Tədbir zamanı MEK əməkdaşlarının kiçik yaşlı övladlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN