1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən şəhid Vüsal Kazımov adına parkda tədbir düzənlənmişdir. Tədbirin təşkilatçılarından olan Emil Rasimoğlu "Təzadlar"a bildirdi ki, Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd orta məktəbinin müəllim və şagird kollektivinin, şəhər mədəniyyət və təhsil işçilərinin, ictimaiyyət nümayəndlərinin iştirakı ilə baş tutan toplantıda şəhid Vüsal Kazımovun ailə üzvüləri də iştirak etmişdir.  
Sözügedən tədbiri şəhid Vüsal Kazımovun atası Kamran Kazımov açaraq ilk öncə bütün uşaqları əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulamış, müəllim heyyətinə uşaqları vətənpərvər ruhda yetişdirdikləri üçün təşəkkür etmişdir. Çıxışların davamı olaraq bir sıra rəsmilərin nitqi dinlənildikdən sonra tədbirin rəsmi hissəsinə yekun verilmiş, bədii hissədə fidanlar öz rəqs, şeir, musiqi istedadlarını nümayiş etdirmişlər.
Sonda xatirə şəkili çəkilmişdir.
ELŞAD QULİYEV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN