Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin baş direktoru yazıçı-jurnalist Orxan Fikrətoğlu (Sadıqov) öz istəyi ilə vəzifəsindən azad edilib.
Agentliyin məlumatına görə, O.Fikrətoğlu öz ərizəsi ilə işdən ayrılıb.
Məlumata görə, Orxan Fikrətoğlu mədəniyyət naziri Adil Kərimlinin müşaviri vəzifəsinə təyinat alıb.
***
Qeyd edək ki, daha öncə Milli Kulinariya Mərkəzinin rəhbəri Dünya İslam Kulinariya Assosiasiyasının və Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiaslanov idi.
Tahir Əmiraslanov 1979-cu ildə Leninqrad (indiki Sankt-Peterburq) Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə əyani tələbəsi olub. İnstitutu 1984-cü ildə uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi. Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən — 1980-ci ildə onun "Çay Azərbaycan mətbəxində" adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü. Tahir Əmiraslanovun Diplom işi Leninqradda Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunmuş, fabrik onun diplom işinə uyğun rekonsruksiya edilmışdir.
İnstitut diplomu ilə eyni vaxtda Leninqrad ictimai iaşə idarəsi tərəfindən 5-ci dərəcəli aşpaz ixtisası dərəcəsi də almışdır (5-ci dərəcə 200 nəfərdən yalnız 3 nəfərə verilmişdir. qalanlarına 3-cü və 4-cü dərəcələr verilmişdir).
1993-cü ildə Azətbaycan Respublikası Ticarət Nazirliyi tərəfindən ona "Usta-Aşpaz" ixtisas dərəcəsi verilmişdir və o sabiq SSRi məkanında Usta ixtisas dərəcəsi almış ən gənc mütəxəsis olmuşdur. 2007-ci ildə Ekaterinburq hökuməti də ona "İctimai İaşə Ustası" ixtisas dərəcəsi verir. Hazırda o həm də Başqırdıstanın, Çuvaşiyanın Usta-Aşpazıdır. 2017-ci ildə Tahir Əmiraslanov Dünya Usta-Aşpazı ixtisas dərəcəsinə layiq görülüb. O həm də Dünya Kulinariya Mədənıyyəti Ustasıdır.
Tahir Əmiraslanov tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvüdür. 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmışdir. 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasında Kulinarologiya (nutrisiologiya, texnologiya və gastrosifiya) bölməsinə sədr seçilmişdir.
1991-ci ildə Tahir Əmıraslanovun təşəbbüsü əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılıb və ilk gündən Tahir Əmiraslanov həmin təşkilata rəhbər təyin edilib.
Azərbaycan mətbəxinin Azərbaycanda inkişafında, Mili mətbəxin toplanmasında, qorunmasında, qədim xörəklərin bərpasında, dünyadakı təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəsisdir.
Lakin 17 mart 2022-ci ildə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilmiş və yerinə Orxan Fikrətoğlu təyin edilmişdi. Orxan Fikrətoğıu isə bu vəzifədə cəmi 1 il fəaliyyət göstərdi.
Qeyd edək ki, o zaman məşhur kulinar Tahir Əmiraslanovun işdən azad edilmə səbəbi açıqlanmamışdı...
JASMİN