Xalq artisti Zülfiyyə Xanbabayeva bütün rəqəmsal platformalarda yeni "Sonuncu Oyun" mahnısını, "YouTube"da isə bu mahnıya çəkilən video klipi təqdim edib.

Sənətçi mahnı və klip üzərində işləmək üçün ətrafına öz sahəsinin ən yaxşılarını yığıb. Mahnının musiqisi Ramin Əliyə, sözləri Qafar Heydərliyə məxsusdur. Mahnı Nyu-Yorkda illər ərzində Alisia Keys, Kristina Aguilera, Selena Qomez, Dua Lipa və digər dünya ulduzları ilə əməkdaşlıq edən amerikalı Devid Kutç tərəfindən “mastering” olunub.

Xanbabayeva mətbuata açıqlamasında Devidlə tanışlığından danışıb: “Devidi Ramin təklif etdi. Çox ağıllıdır, musiqi aləmində baş verən hər şeylə maraqlanır, ən yaxşı mütəxəssislərin əsərlərini bilir və hətta onlarla əlaqəyə çıxmağı bacarır. Mən də hər zaman keyfiyyətin tərəfdarıyam. Ramin əvvəllər bir çox mahnılarımı aranjiman edib, eyni dalğa uzunluğundayıq və burada o bir bəstəkardır. Delee Oruclu adı ilə Cavidlə çəkdiyimiz ilk video deyil. Həm səs, həm də video baxımından hər mənada aktual görünəcək bir işi təqdim etmək istədik. Çox çalışdıq, amma qiyməti əlbəttə ki, tamaşacı verəcək”.

Yeni "odlu-alovlu" klipdə  Zülfiyyə Xanbabayeva dramatik roluna sadiqdir, pop müğənnisi olmağa davam edir və ən əsası da ötən əsrdə ilişib qalmayıb, hər anında zamanı hiss edir və yenilərinə açıqdır. Həm musiqi, həm də vizual cəhətdən.

Qeyd edək ki, Xalq artistinin yeni işi ilə bağlı yazılan rəylər də diqqət çəkib. İzləyicilər yazır: "Müasir, dəbli, şık", "Klip həm gənclər, həm də yaşlı nəsil üçün bir master-klassdır!", "Bugünkü zövqsüzlük arasında təmiz hava".

E.ŞİRİNOV

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN