Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oxucularına nümunəvi xidmət göstərməklə yanaşı, həmçinin öz ətraf ərazisində ekoloji problemlərin həlli, təbiətin zənginləşdirilməsi istiqamətində də işlər aparır.

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, ekoloji siyasətin bu gün ölkədə uğurla həyata keçirilməsinin nəticəsidir ki, AMEA şəhərciyi yaşıllıqlar məskəninə çevrilib: "Dövlət tərəfindən bu sahədə görülən işlərə dəstək məqsədilə Mərkəzi Elmi Kitabxananın ərazisi ətrafında ekologiyanın mühafizəsi MEK rəhbərliyi tərəfindən də daim diqqətdə saxlanılıb, yaşıllıq zolaqlarının bərpası və inkişaf etdirilməsi istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib".

Məlumatda daha sonra bildirilib ki, 16 avqust 2021-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Mərkəzi Elmi Kitabxananın ərazisi ətrafında növbəti dəfə yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işləri həyata keçirilib. Ağacların dibləri yumşaldılıb, gül məhsulları əkilib, suvarma işləri aparılıb: "Yaşıllaşdırma tədbirlərinin aparılması ətraf mühitin qorunması və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN