Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan Respublikasının xalq şairi Vahid Əziz kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə "Yüzdən sonra...” adlı yeni şeirini təqdim etdi.

Şair  şeirində  ona yüz il yaşamağı arzuluyanlara yüz yaşdan sonra nə olacaq sualları ilə  müraciət edir. Şair insanın yaşına fəlsəfi baxımdan yanaşır, düşündürücü suallar verir. Şair özünə və oxuculara  gümrah ömür, dost arasında yerişini itirməmək, heç kəsin dünyadan cavan köçməsini görməmək, tay-tuşunu vaxtsız itirməmək, başqasının ümidinə qalmamağı arzulayır.

 

"YÜZDƏN" SONRA...

 

Mənə "yüz il" arzulayan,

nə olacaq "yüzdən" sonra?

Yada salıb xatırlayan

Nə salacaq "yüzdən" sonra?

 

Daha mənə, dost, o zaman

Fərq eləməz dağla-aran,

Qurudunsa – can aparan

Nə alacaq "yüzdən" sonra?

 

Lap yerində qalsın huşun,

Yaşıdı ol kor bayquşun,

Həmsöhbətin, ya tay-tuşun

Kim olacaq "yüzdən" sonra?

 

Çəkil, get üzüyumuşaq,

İnan mənə, oğul-uşaq

Səndən canın qurtarmağa

Çalışacaq "yüzdən" sonra!

 

Cana hər cür azar gələr,

Son bahartək yazlar gələr,

Tiftiklənmiş astar gələr

Didiklənmiş üzdən sonra!

 

Nə minməli belin qalar,

Nə pul verən əlin olar,

Adın eldə bəd hallanar,

Kül atılar közdən sonra.

 

Get…yansınlar boş yerinə,

Çəkil, uzaqlaş yerinə,

Ağlayanda yaş yerinə

Nə gələcək gözdən sonra:

Yüzdən sonra?

 

Yaşananlar – qismətimiz,

Qorunmalı hörmətimiz,

Gedək, abır-ismətimiz

Gedə bilər üzdən sonra.

 

Alovlar dil-dil danışar,

Nələr yanıb? – kül danışar,

Gerçəyini El danışar

Barəmizdə, bizdən sonra.

 

Basa-basa səbrimizi,

Qələm qazar qəbrimizi,

Vahid ƏZİZ,

Yaşamağın nə ləzzəti

"Yüzdən" sonra?

JASMİN

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN