Nyu-Yorkda Uinston Çörçillin şəxsi əşyalarının unikal kolleksiyası, o cümlədən Britaniya baş nazirinin yazı masası da hərraca çıxarılıb.

Onun uzun müddət siyasətçinin Hayd Parkdakı evində olduğu bildirilir.

TEZADLAR.AZ xəbər verir ki, hərraca, həmçinin Çörçillin yağlı boya ilə çəkilmiş avtoportreti və Britaniya liderinin avtoqrafı olan 25 nadir kitab da təqdim edilib.

Qeyd olunur ki, əşyalar uzun müddət amerikalı iş adamı Stiv Forbesin şəxsi kolleksiyasında olub.

Hərrac yanvarın 19-dan 28-dək Nyu-Yorkda keçiriləcək.

Bütün gəlir xeyriyyəçiliyə gedəcək.

***

Qeyd edək ki, ingilis siyasi və dövlət xadimi, natiq və yazıçısı olan Uinston Çörçill Böyük Britaniyanın 61-ci baş naziri olub. O, dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri idi və adı tarixdə 100 ən öyrənilmiş şəxsiyyətlər siyahısına  46-cı şəxs olaraq daxil edilib.

1941-ci il iyunun 22-də  - Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill London radiosu ilə çıxışında SSRİ-ni dəstəklədiyini bildirib.

1943-cü il 28 noyabr- 1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin — SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin iştirakı ilə keçirilən Tehran Konfransında Çörçill 2-ci cəbhənin açılmasına qəti etirazını bildirir. Bu konfransdan sonra o, ledi Vayolet Bonem Karterə belə söyləmişdi: "Həyatımda birinci dəfə anladım ki, biz kiçik xalqıq. Mənim sağımda rus ayısı, solumda isə amerika bizonu oturmuşdu. Bu iki nəhəngin ortasında isə balaca ingilis eşşəyi əyləşmişdi."

1945-ci il 8 mayda U.Çörçill Almaniyanın kapitulyasiyası barədə ilk xəbəri verir. Almaniyanını kapitulyasiyasından sonra Çörçill ABŞ ordularının şərqə doğru irəliləməsinin dayanmamasını tələb edir. SSRİ, ABŞ və İngiltərə hökumətlərinin iştirak etdiyi Potsdam Konfransında  (1945-ci il,7 iyul -2 avqust) Çörçillin əsas məqsədi Almaniyanın işğal zonalarının konkret sərhədləri müəyyənləşdirilərkən Sovet İttifaqına güzəştə getməmək, hüquqlarını məhdudlaşdırmaq olur.

Çörçill 1965-ci ildə  yanvarın 24-ə vəfat edib. 90 yaşlı siyasətçinin ölüm səbəbi insult keçirməsi olub. Onun Rendolf adlı oğlu, Diana, Sara, Marihold və Meri adlı qızları olub.

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN