Müğənni sayılan Aygün Ağayeva “ATV” kanalında yayımlanan verlişdə maraqlı belə bir açıqlama verib: “Enerjidən yata bilmirəm. 48 saat ərzində 2-3 saat, ancaq yatıram. Mənim enerjim çoxdur.
P.S. Həə... Deməli, bu qız enerjisinin çoxluğundan yata bilmir. Maraqlıdır, görəsən indiyə qədər bu qızın enerjisini niyə bir sahəyə sərf edən olmayıb? Bilmirəm, bəlkə də olub. Belədirsə, onda bu müğənni Aygün Ağayeva enerjinin çoxluğundan qızışıb alovlana bilər və sonra onu söndürmək də çətin olar. Elə rəhmətlik Nəsibə Zeynalova da “İstintaq davam edir” filmində belələrini nəzərdə tutub demişdi:
Əzizinəm qız qıza,
Oğlan qıza, qız qıza.
Oğlan qızsa tez sönər,
Vay o gündən qız qıza.
İndi vallah, bu Aygün xanımı enerjisi yaman qızışdırıb. Bu səbəbdən ona yaxın duranı alışdırıb yandırar və onu heç “pojarnı” maşın da söndürə bilməz.
***
Qəzetlərin birində Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın Qarabağ ermənilərinin geri qaytarılması üçün “Artsax üzrə beynəlxalq komitə” yaratmasından və Avropa İttifaqını Bakıya sanksiyalar tətbiq etməyə çağırmasından bəhs edilən yazıya belə başlıq qoyulub: “Azərbaycana qarşı yeni çirkin plan - Oskanyan Avropada niyə sülənir?..”
P.S. Əvvəla, ac toyuq yuxuda darı görən kimi Oskanyan da yuxuda “artsax”, daha doğrusu sarsax ermənilərinin geri qaytarılmasını görür. İkincisi də, ermənilərin kökü Hindistan qaraçılarıdır ki, qaraçıların da işi-peşəsi sülənmək və dilənmək olub. Oskanyan da qədim adətlərinə uyğun olaraq Avropada sülənməklə məşğul olur dəə...
***
Həmkarımız Məhəmməd Qəribli Fransanın türk və islam dünyasına qarşı aqressiya göstərməsindən bəhs edən yazısına belə başlıq qoyub: “Fransa nədən dünyanın “ən böyük islamofob ölkəsinə” çevrilib?”...
P.S. Ona görə ki, Fransanın prezidenti Emmanuel Makron vaxtilə Türkiyədən qovulmuş Hrant Makronyanın qızı Emma Makronyanın oğludur. Bu səbəbdən də damarında erməni qanı axan Makrondan türkə və islam dünyasına qarşı düşmən münasibət görmək təbiidir. Bu azmış kimi, damarındakı erməni qanına görə, o boyda Fransanın da dünyada nüfuzunu yerlə bir eləyib. Fransızlar ayılıb nəhayət, erməni dığası olan bu prezidenti rədd eləməsələr, Fransa dünyada hələ bundan da betər günə qalacaq.
***
Baş Nazir Əli Əsədov ölkədə karantin rejiminin 2024-cü il iyunun 1-nə kimi uzadılması barədə qərar imzalayıb.
P.S. Çox gözəl, çox pakizə! Amma bildiyimizə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) karantin rejimini artıq 2 ildir ləğv edib və korona ilə mübarizə üçün heç bir dövlətə vəsait ayırmır. Görəsən, Nazirlər Kabinetindəki bəzi səlahiyyətli şəxslər ÜST-ün bu qərarını hörmətli Əli Əsədova niyə çatdırmayıblar? Əli müəllim də ÜST-ün bu qərarından xəbərsiz olduğuna görə, karantin rejimini uzada-uzada gedir. Əli müəllimin ətrafındakılar heç yaxşı iş görmürlər haa...
***
Məlumatlara görə, erməni lobbisi bir bolqar deputatı Azərbaycan əleyhinə işə cəlb edib.
P.S. Əlbəttə, o bolqar deputat erməninin ala gözünə, qara qaşına aşiq olmayıb. Lobbinin puluna görə bizim əleyhimizə danışır. Bəs bizim pulumuz, pullu məmurlarımız və ya iş adamlarımız yoxdur? Hardasan, ay Londonda 5,6 milyon fund-sterlinqlik pulu batan deputat Cavanşir Feyziyev? Bu qədər pula ən azı 56 əcnəbi deputatı xeyrimizə danışdırda bilərik… Heç olmasa, bəzi məmurlar xalqdan oğurladıqlarının cüzi bir hissəsini bu dövlətin, vətənin yollarında, yəni əcnəbi deputatı, jurnalisti, siyasətçini, senatoru xeyrimizə danışdırmaq üçün xərcləsinlər dəə... Sizə sərvət yığmaq, var-dövlət qazanmaq üçün şərait yaradan dövlətin yolunda, xərcləyin də bu pullardan... Gərək mən deyəm?
***
Məlum olduğu kimi, ötən həftə ATV, Xəzər, ARB və Space televiziyalarının rəhbərləri Prezident Adminstrasiyasına çağırılıb. Onlara “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur” verlişləri ilə bağlı xəbərdarlıq edilib. Bundan əlavə, televiziya rəhbərlərindən efirdəki bu biabırçılığa tezliklə son qoyulması qəti şəkildə tələb olunub.
P.S. Həə... Salam məleyküm! Bəs mən yazıq bu “Həftəbecər” rublikasında neçə illərdir adı çəkilən verlişləri və onların ağzının danışığını bilməyən aparıcılarını- Elgizi, Xoşqədəmi, hər iki Zaurları, danışıqlarını bilməyən düşük, səviyyəsiz adamlar adlandırmışam. Amma əhəmiyyət verən yox idi. Axır ki, yazdıqlarımız cəmiyyətdə öz sözünü dedi və xalqımızın adət-ənənəsinə, mentalitetinə, gənclərimizin mənəviyyatına zərbə vuranlar nəhayət, efirlərdən uzaqlaşdırılacaqlar. Bildiyimiz kimi, dövlətin, xalqın, malını, pulunu yeyənlər həbs edilir. Onda bəs niyə xalqın mənəviyyatını oğurlayıb məhv edənlər həbs edilmir? Aidiyyəti qurum rəhbərləri bu barədə düşünsələr pis olmazdı.
***
Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan, Odlar Yurdu Universitetində çıxışı zamanı bu təhsil ocağına restoran deyib: “Mən keçən il Novruz bayramında Odlar Yurdu restoranında idim... Restoran dedim, bağışlayın. “Odlar Yurdu” restoranı da var idi...”.
P.S. Mən deyəndə ki, Elza sənətdən yarımçıqdır bəziləri bəstəkarlığını qabardırlar ki, pis deyil. İndi məlum olur ki, bu Elza xanım həyatda da yarımçıqdır. O boyda təhsil olcağı olan ali məktəbə durub restoran deyir. Elza və onun kimiləri elm, təhsil, mədəniyyət qətiyyən maraqlandırmır. Onlar həyata, harada olmalarından asılı olmayaraq, pulun gözü ilə baxırlar. Bu şou əhli xalqa hansı sənəti göstərəcəklərini yox, bədən əzalarının hansı hissəsini daha çox göstərəcəklərini və buna görə sonda alacaqları pulu düşünürlər. Hər yer onların gözündə restorandır. Çünki onların sənəti də və geyindikləri paltarlar da yarımçıqdır. Necə deyərlər, dad yarımçıq əlindən. Belə yerdə Nizami Gəncəvinin məşhur beyti yada düşür:
“Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan”.
Bizim şou əhli də nə palançı olmaq istəyir, nə də papaqçı.
ELÇİN
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.