Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu,

şair, tərcüməçi, Azərbaycan Respublikasının xalq şairi, AYB-nin, AJB-nin üzvü Vahid Əzizin kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə şeiri təqdim olundu.

“Səninlə küsülü qala bilmirəm” şeirində şair taledən, bəxtdən küsən, ümidi üzülən, zamandan bezən aşiqin ilham pərisinə sevgisini qələmə alır. Şair bu ilahi sevginin qiymətini bilərək, onunla küsülü qala bilmədiyini etiraf edir, özünü sübutsuz, şahidsiz dəfn etdiyini bildirir.

 Səninlə küsülü qala bilmirəm

Yalvara-yalvara arxanca gedən,

Biçarə qəlbimə gülübdür aləm.

Elə düşünmə ki, mənliyim itib

Səninlə küsülü qala bilmirəm.

 

Ümiddən danışma, onu üzmüşəm,

Zamandan soruşma tamam bezmişəm,

Taledən küsmüşəm, bəxtdən küsmüşəm,

Səninlə küsülü qala bilmirəm.

 

Söndür bu şamı da çıraqsız qalım,

Qələmsiz, kitabsız, varaqsız qalım,

Lap bütün dünyaya maraqsız qalım,

Səninlə küsülü qala bilmirəm.

 

Hazıram sallanım dar ağacından,

Əl çəkəm zəliltək kor ağacından,

Qalaram yaşamaq ehtiyacından,

Səninlə küsülü qala bilmirəm.

 

Hardasan, yolumu haradan salım?

Hansı dərdin ağır, hansını alım?

Dağıt, viran elə, xaraba qalım

Səninlə küsülü qala bilmirəm.

 

Sınmadım, qalsam da hərdən ümidsiz,

Dəfn etdim özümü sübut, şahidsiz,

Sən ilham pərisi, mən Vahid Əziz.

Səninlə küsülü qala bilmirəm…

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN