Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondu yeni nəşrlərlə zənginləşir.

Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər salnaməsi” kitabında həmin ərəfədə baş verən proseslər, müharibənin gedişatı günbəgün xronika formatında izlənilir. Azərbaycan, ingilis və rus dillərində tərtib edilən bu nəşr müharibəni tam şəkildə təqdim etmək üçün 3 hissəyə bölünüb: “Ərəfə”, “Vətən müharibəsi” və “Qayıdış”.

Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə dəyərli xidmətləri ilə müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət etmiş, türk dünyasının fəxarət ünvanına çevrilmiş şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun gələcək nəsillərə örnək olacaq ömür yolundan bəhs edən Hikmət Xudiyevin (Cəmilzadə) “Milli qəhrəman Polad Həşimov” (2021) kitabı da daxil olan nəşrlər sırasındadır.

“Kəndimizin qırx dörd günü” (2021) kitabında müəllif Eldəniz Qədirov 44 günlük Vətən müharibəsində bir kəndin, yəni öz kəndlərinin timsalında müharibə dəhşəti və ağrılarını qabarıq şəkildə göstərə bilib.

İkinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən Gəncədə törədilmiş terror aktı qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Gəncəyə səyahət” kitabı Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, ədliyyə generalı, Qarabağ müharibəsi veteranı Akif Rəfiyev, tarix elmləri doktoru Sevinc Əliyeva və tarix üzrə fəlsəfə doktoru, dosent Mehriban Əliyeva tərəfindən tərtib olunub.

Qeyd edək ki, bundan əlavə, “Tarixi şəxsiyyətlər” beynəlxalq ictimai-siyasi jurnal növbəti 49-cu sayı ilə fondda öz oxucularını gözləyir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN