Krasnoyarsk hava limanında birinə bıçaqla hücum edən şəxs martın 12-dək həbs edilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Krasnoyarsk vilayət məhkəməsindən məlumat verilib.

"Təqsirləndirilən şəxs 11 aprel 1984-cü il təvəllüdlü Kəyumov Ümid Arifoviç barəsində 2025-ci il martın 12-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçilsin", - agentliyin mənbəsi bildirib.

O, Ü.Kəyumovun Krasnoyarskdakı 1 saylı istintaq təcridxanasında saxlanacağını bildirib.

Bazar ertəsi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi bildirib ki, Krasnoyarsk hava limanında 40 yaşlı kişi qəfildən 39 yaşlı şəxsə bir neçə bıçaq zərbəsi vurub. İki hadisə şahidi və nəqliyyat polisi hücumçunu saniyələr ərzində saxlayıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi əcnəbi vətəndaşa qarşı adam öldürməyə cəhd (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 2-ci hissəsi, 105-ci maddəsi) ilə bağlı cinayət işi açıb.

Zərərçəkmiş reanimasiyaya yerləşdirilib, həkimlər onun vəziyyətini stabil qiymətləndiriblər. Hücum edənin özü dindirilmə zamanı bildirib ki, o, Krasnoyarska iki gün əvvəl gəlib və hücum zamanı sərxoş olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN