İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə o öz sosial media hesabında məlumat verib.
"2026 gün.
İTV adlı kitabda oxuduğum və yazdığım səhifələrin sayıdır. Bu kitabda özümə dost, yoldaş, həmkar, müəllim, tələbə, hətta öz hərəkətləri ilə sanki "belə etmək olmaz" deyən insanlar qazandım. Hərənin öz yeri, öz izi var. Lakin heç birini unutmayacağam. Hər birinə öyrətdiklərinə və öyrəndiklərinə görə minnətdaram. Bu 2026 səhifə içində xüsusi yeri "İTV Xəbər" komandası tutur. Bir birimizi tamamladıq, dəstək olduq, yetişdirdik. Xəbərlərdə çalışmış, çalışan və hələ çalışacaq hər kəs qarşısında borcum sonsuzdur. İTV və "İTV Xəbər" heyətinə televiziya məkanında daim yeni uğurlar arzulayıram.
Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat - yoldur.
Bu gün 1-ci gündür. Yeni kitabın birinci səhifəsi", - deyə sabiq departament rəhbəri qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN