Bu gün  Azərbaycan respublikasıın Xalq artisti, musiqiçi, tarzən Qurban Primovun anım günüdür.

Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII-ci əsr Qarabağın məşhur aşıqı olan Valehin nəticəsidir. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşaiyət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir.
Qurban Primov müasir Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan dərs almışdır. 1905-ci ildən Cabbar Qaryağdıoğlu və S. Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaratmışdır. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasında (1908) orkestrin solisti olmuşdur. Q. Primovun ifa etdiyi muğamlar 1912-ci ildə Varşavada "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılmışdır.
Qurban Primov Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və Əsgər, Sara, Tamara, Ədilə adında dörd övlad atası olub.

Unudulmaz sənətkar 1965 -ci ilin 29 sentyabrında Bakıda vəfat etmişdir.
Məzarı Fəxri Xiyabandadır.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN