Uzun illərdən sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdır düzündə torpağı öpüb, duyğulu anlar yaşayıb.
Qeyd edək ki, həmin anları "Birinci Studiya" proqramı lentə alıb.
Verilişin aparıcısı Lalə Azərtaş bildirib ki, sənətkar sağlamlığında problemlərin olmasına baxmayaraq, Şuşaya gedib.
"Mən arzu edirəm ki, bütün insanlarımızın, elimizin, obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi", - deyə sonuncu dəfə Şuşada 1986-cı ildə olduğunu xatırlayan R.Balayev vurğulayıb.
Xatırladaq ki, daha əvvəl R.Balayev və ailə üzvlərinin 35 il sonra İsa bulağında çəkdirdiyi foto da sosial şəbəkələrdə böyük marağa səbəb olub.
E.ŞİRİNOV