Tez-tez şəkillərinə hədsiz fotoşop etməsi ilə gündəmə gələn Xalq artisti Məleykə Əsədova yenə dəyişib.
İmicində dəyişiklik edən aktrisa fotolarını izləyiciləri ilə bölüşüb.
Aktrisa yeni görkəmdə olan fotolarını sosial şəbəkə hesabında paylaşıb. 54 yaşlı Məleykə Əsədovanın yeni imici pərəstişkarlarının diqqətini çəkib.
M.Əsədova paylaşımına belə şərh verib: "Xarici gözəllik gedəridir, daxili gözəlliyinizi qoruyun. O, sizin bənizinizi nurla bəzəyəcək, bax, əbədi gözəllik insanın üzündəki nurdur. Nur da daxilin səsidir!"
Qeyd edək ki, izləyiciləri xalq artistinin fotolarına bu dəfə də təriflər yağdırıb.
E.ŞİRİNOV