Kitabxanaya yeni əfsanə təqdim edildi...
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” lahiyəsi davam edir. Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı, şair Sevinc Ağa Xəlilqızı oxuculara yeni yazdığı “Firuzə daşının əfsanəsi”ni təqdim edib. Əfsanədə varlı, təkəbbürlü, heç vaxt xoşbəxtliyi, səadəti hiss etməyən Piri Rəis adlı bir səyyahdan danışılır. Piri Rəisin hərəkətləri oxucunu düşündürür. Bir gün Piri Rəis növbəti dəfə Misirə səyahət edərkən orada dünya görmüş zərgərlə tanış olur, zərgər ona daşların qiymətindən danışarkən firuzə daşının insana xoşbəxtlik gətirdiyini söyləyir. Bu görüş Piri Rəisin insanlara, dünyaya baxışını dəyişir. Sonda müəllif qəhrəmanının çox xoşbəxt olduğunu oxuculara çatdırır.
Əfsanə aşağıdakı keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1rQQ-KJ9rxXDxcUSY4JLJ_bWLNaPy1L3o/view?usp=sharing
Y.Məmmədli