Azərbaycanın görkəmli şairi, professor Məmməd İsmayılın "Təzadlar" üçün göndərdiyi yazısını təqdim edirik...
(Mixail Sinelnikovun 75 illiyinə)
Hardasa əlli illik dostum Rusyanın böyük şairi şərgin, xüsusiylə də bizlərin-türkdilli xalqalarının yaxın dostu Mixail Sinelnikovun 75 yaşı tamam olur.Mən burda onun vərəqlərə sığmayacaq mükafat və titullarını saymaq düşüncəsindən uzağam.Bütün bunlar barədə mən də yazmışam başqa sənət dostlarımız da dilə gətiriblər.Tək kəlimə ilə o bizim dostumuz Rusyada ədəbiyyatımızın ən böyük təbliğçisi və tərcüməçisidir.Burada yalnız onun neçə il üzərində çalıştığı və Rusyanın ən pristijli Bunin mükafatına layik görülmiş Xaqaninin bir ciltliğini xatırlatmaq yetərlidir ki, onun ədəbiyyatımız üçün gördüyü böyük işlərin miqyası görünmüş olsun. Dedim ki, Mixail Sinelnikovla tanışlığımızın, sonra da dostluğumuzun hardasa 50 illik tarixi var.Bu barədə dəfələrlə mən də yazmışam, o da. Burada Mixail Sinelnikovun 2007-ci ildə “Drujba Narodov” jurnalında çap olunan silsilə şeirlərimə yazmış olduğu giriş məqaləsinin sonunda vurğuladığı cümləni xatılatmaq istəyirəm: “Məmməd İsmayıl tale adamıdır və mənə elə gəlir ki, onu mənə tale göndərib…”
Yubileyi ərəfəsində onun fikirlərini bir az düzəliş edərək mən də təkrarlamaq istəyirəm:Uzun illərin dostluq təcrübəsindən deyə bilərəm ki, Mixail Sinelnikovu mənə talə dəyilənin özü göndərib. İyirminci əsrin ayrı-ayrı illərində ikimizin də dünyaya gəlişimiz fərqli payızların noyabr ayına düşüb,yəni tale bizə hər baxıma ömrümüz boyu payız ovqatı yaşadıb.
Biz yaşlılların qismətinə bir ömürdə iki rejmi yaşamaq qismət oldu.Və bu rejim dəyişimlərini yaşamaq xüsusiylə yaradıcı adamlar üçün ağrısız,əszabsız keçmədi. Ağır sınaq şərtləri altında aradan keçən bu uzun zaman müddətində desəm ki, dostluğumuz məndən daha çox Mixail İsaakoviçin qeyrətləri ilə qırılmadan davam etdi,yanlış olmaz.Xüsusiyulə 1990-ci ildə Sovet ordularının Bakıda törətdiyi amansız qırğından sonra günahları olmasa da Moskvadakı şair dostlarımla büsbütün əlaqəni kəsmək istəmişdim.Amma iki şair rəhmətlik Yuri Kuznetsov və Mixail Sinelnikov, xüsusiylədə Mixailin göndərdiyi məktublar, kitablar, etdiyi zənglər ilə bu əlaqələrin qırılmasına imkan vermədi.Hətta ikinci Qarabağ döyüşləri zamanı ermənilərin Tərtərə, Gəncəyə və digər bölgələrimizə atdıqları raketlərdən dağıntılara və insan tələfatına səbəb olan qəddarlıqları ilə bağlı internet səhifəmdə dünyadaki sənətkar dostlarıma etdiyim müraciətə də qorxmadan, çəkinmədən ilk səs verənlərdən biri və birincisi də M.Sinelnikov oldu.
Dəfələrlə yaşadığım Türkiyəyə gəldi, yubileylərimdə iştirak etdi.Həm də bütün bunları hardasa mənim vəzifə pilləlləri ilə ucaldığım dönəmlərdə yox, əksinə rəjim dəyişimlərindən vətənimdən qürbətə gətmək zorunda qaldığım zamanlarda etdi.
Hər bir böyük sənətkar qitələri birləşdirən dağ zirvələrinə bənzəyir.O zirvələrə yağan yağışların bir qismi bir qitəyə, o biri qismi isə başqa qitəyə tökülür.Bu anlamda şərqin və qərbin yaxşı nəyi varsa süngər kimi içinə çəkən və içinə çəkməklə də qalmayıb şərqin və qərbin mədəniyyət və ədəbiyyatlarını öz imkanları səviyyəsində ucaldan önəmli sənətkarlardan biridir Sinelnikov. Adaşı M.Lermontovun yazdığı kimi:
“Yaşasam ömrümü Türk-tatar kimi,
Olsun, taleyimə minnətdaram mən.
Allahdan xoşbəxtlik ummağım da yox,
Əski günahımı çəkim yenidən.
Müqəddəs göyləri bəlkə də Şərqin
Haqq yola, peyğəmbər öyüdlərinə
Alıb aparacaq məni də bir gün... ”
Eyni missiyanın günümüzdəki daşıyıcısı heç şübhəsiz Mixail Sinelnikovdur. Uşaqlığı və gənclik illəri Fərgana vadisində Kırgızistanın Oş vilayətində keçən Sinelnikov bəlkə buna görədə çağdaş rus şairləri arasında əsərlərində şərq motivləri bütün yönləri ilə əks olunan ən fərqli bir şairdir:
Doğma çəkik gözlərdə
Ulduzlu çaylar və ya
Əsrin ortalarında
Gördüğüm Orta Asya
Elə bilirəm şair bu misralarıyla məramını daha qabarıq bir biçimdə ortaya qoymuşdur. Mixailin Şərq və İslam dini qarşısında xidmətləri böyükdür.Onun Azərbaycan,Türk,Qırğız,Özbək, Tacik, Fars və diğər şərq dillərindən etdiyi tərcümələr və araştırmaları burda bir-bir saysaq saatlarla zaman alar. Mixail Sinelnikovu Azərbaycanda və Türkiyədə yaxşı tanıyır və sevirlər.Əsərləri türkdilli xalqalarının dillərinə tərcümə olunur və kitab halında nəşr edilirr.2017-ci ildə Ankarada Bəngü yayın evi mənim tərcüməmdə onun “Keçitdən sonra” seçilmiş şeirlər kitabını nəfis şəkildə nəşr etdi... Ədəbiyyatlarımızın dostu və cəfakeşi Mixail Sinelnikovu 75 illik yubileyi münasibəti ilə təbrik edir və Türk dünyası ilə əlaqəli yazmış olduğu bir silsilə şeirini “Ədəbiyyat qəzeti”nin və digər mediamızın sayğıdəyər oxucularına təqdim edirəm...
Məmməd İsmayıl
***
TÜRK ÖVLADI
Türk övladı nə zaman yayıldın yer üzünə
Yayıldın qurd çağrışı qaçan ovun iziylə.
Steplərdə ulaştın dəli rüzgar hızına
Qovuşan obaların gecə və gündüzüylə..
Bozqırlar yox, dənizlər yolunu gözlər daha
Neçə eli ruhunla toparladın bir yerə.
Bütlərdən üz çevirib tapından tək Allaha
Bu da belə bir keçit atlardan, gəmilərə…
Məscidləri əbədi günəşə doğru baxar
Gün oldu ki harəmi gözəlliyi bitirdi.
Anaların əlindən qoparılmış uşaqlar
Qovuşduğu yerlərə geyrət-heyrət gətirdi.
Bazar qızmarlığında gəlir verdiyi vədə
Bu necə bir röyadır ballanır yxusunda:
Və orda uşaq çoban, bir çayın sahilində
Bir qamışın içinə nəğmələr üfürmədə…
TÜRK DİLİ
Bu savaşçı türklərin dilləri necə incə
Qızgın atəş də olsa o yenə də dadlıdır.
Süvari kimi xəfif, gül suyu kimi lətif
Nağmə kimi avazı quş kimi qanadlıdır.
Sehirli harəmlərin üzücü əsirləri
Bəlirsizcə yumşamış köçəri lisanında
Ya da, uşaqlığında yeniçəri sözünü
Xatırlayıb oxumuş duygu coşmuş qanında…
***
Çox çalarlı bir sözün uzaq dərinliyində
Qapalı mənaların ən can alan yerində
Və həyat axışında düzənləri yıxaraq,
Məna ardınca məna, lay qatlardan çıxaraq
Sonra zaman içində səsə dönüşür fikir
Çətin ayrılıqları yollarda atıb bir-bir
Musiqi qardaşlığı-sonsuz dünya nizamı,-
Füzuli və Nizami!
AZƏRBAYCAN
Dağların boğazında sərhədsiz qəhqəhələr
Sis içindədir hər yan
Ruhundan yenilməzlik zəfər səsləri gələr,
Azərbaycan!
Şəffaf su axışında bir çakıl daşısan sən,
Ya da möhtəşəm meşə.
Toy çaldır sevənlərə yenə canı gönüldən
Mis zəfər şeypuruyla durub üzü günəşə.
ODLAR DİYARI
(Məmməd İsmayıl üçün)
Orda ki, sinilərdə alov sərvis edilir,
Taclandırır məclisi evə gələn istisi.
Qızmarqanlı insanlar görüb hiss edə bilir
Neymiş neftin dalğalı, acıqlı iniltisi.
Arasan hər diyarın fərqli adətləri var,
Kişilər pis nəzərlə baxmadılarsa əğər
Gah səmimi, gah da ki, parlaq, qatı işıqlar
Axşamdan sabahadək coşan məclisi süslər.
Orda ki qadınların gücü ölçüyə gəlməz,
Onlara bu hayatın özü desək yeridir
Heç bitib tükənməyən alov kimi bir həvəs
Sevənləri uğruna həyatını əridir…
Yanan güçlü həyatda bir atəş çəmbəri var
Gözəllikmi deyirsən sonunda bu gözəllik
Bəzən zərif utanğac, bəzən isə amansız
Odlu çiçəklər kimi ətrafa işıq saçar.
Təqdim etdi: Asif MƏRZİLİ
.
.