Xarkovda silsilə partlayışlar baş verib.
Tezadlar.az bildirir ki, bu barədə şəhərin meri İqor Terekov öz Telegram kanalında məlumat verib.
Məlumata görə, azı 7 zərbə endirilib, yerli ictimaiyyət isə ən azı 10 partlayışdan danışır.
Şəhərin Saltovski rayonunda hücumlardan birindən sonra yanğın başlayıb.
Bundan əvvəl Ukraynanın kütləvi raket hücumuna məruz qaldığı bildirilirdi.
“Hərbi-hava qüvvələri və monitorinq ictimaiyyəti Rusiya strateji aviasiyasından raketlərin buraxılması, “Kalibr”in buraxılması və ballistika barədə məlumat verir”, - mediada qeyd olunub.
E.ŞİRİNOV