Zərqələm Əliyeva: "Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir..."

Qeyd edək ki, bu günlərdə əməkdar aktyor Novruz Əliyevin  (Qartal) həyat yoldaşı Zərqələm Əliyeva mediaya bildirib ki, aktyorun vəziyyəti pis olduğu üçün onu onkoloji xəstəxanaya aparıblar: "Baxıb dedilər ki, təcili əməliyyat olunmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyəti çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq. Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə, getsə, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı".

Akademik Musiqili Teatrı da aktyor Novruz Əliyevlə (Qartal) bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, son vaxtlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Əliyevin səhhəti ilə bağlı teatra müraciətlər olunur.  

"Bildiririk ki, Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıb. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir.

N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” Teatrında (1989-cu ildən) çalışsa da, müəyyən fasilədən sonra 1996-cı ildən yenə də Musiqili Teatra qayıdıb və bu günə qədər də burada fəaliyyətini davam etdirir.

Musiqili Teatrda ona hər zaman diqqət ayrılıb, əməyinə yüksək qiymət verilib. Təqaüd yaşına çatmasına baxmayaraq, bu gün də o, teatrın aktyor heyətinin üzvüdür, yaşına və yaradıcılığına uyğun rollarda çıxış edir. Teatr rəhbərliyinin və Mədəniyyət Nazirliyinin təqdimatı ilə N.Əliyev dəfələrlə (2003, 2004, 2015, 2016, 2017, 2018-ci illərdə) "Prezident mükafatı"na, 2013-cü ildə isə ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

 İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib.

Teatrın kollektivi hər vaxt qocaman aktyorun yanındadır. Teatrın direktor müavini, Teatr Həmkarlar Təşkilatının sədri və truppa müdiri aktyora elə bu gün də qızının evində baş çəkiblər.

Allahdan ona şəfa diləyirik və Novruz Qartalın səhhəti ilə maraqlanan hər kəsə öz təşəkkürümüzü bildiririk".

Xatırladaq ki, ötən gün də aktyorun həyat yoldaşı Zərqələm Əliyeva mediaya bildirib ki, həkimlər Novruz Qartalın evə buraxılmasını məsləhət görüb: "Vəziyyəti dəyişməyib. Həkimlər dedi, aparın evə, müalicəsini ev şəraitində davam etdirsin. Biz də gətirdik. İndi bütün ümidlər Allahıdır".

Daha sonra Zərqələm Əliyeva Novruz Qartalla heç kəsin maraqlanmadığını yenidən dilə gətirib:

"Neçə gündür xəstəxanada, indi də ev şəraitində canı ilə əlləşir, bir adam, işlədiyi teatrın rəhbəri, sözü keçən xalq artistlərinin biri onunla maraqlanmayıb, səhhətini soruşmayıb. Elə bil belə bir aktyor yoxmuş”.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN