…Təqvimdə 365 gün var... Bu günlərin hər birimizin həyatında bir tarix kimi mənası, xatirəsi var.

Xüsusilə, bizə əziz olan insanların doğum tarixi daha doğma, daha yadda qalan olur. "Təzadlar" ailəsi olaraq, dekabrın 22-si bizim üçün Elçin müəllimin doğum günü olaraq əziz bir gündür. Bəzi insanlar həyata gəldikləri günü öz əməlləri ilə tarixə çevirə bilir, onu şərəfləndirir. Məhz, bizim Elçin kimi...

 Elçin Məmmədli "Təzadlar"ın döyünən ürəyidir. Asif Mərzili kimi ciddi, tələbkar bir insanla uzun bir yol yolçuluğu var. 1996-cı ildən bu kollektivdə çalışmış, oxucularına Elçin Məmmədli imzası ilə gözəl yazılar bəxş etmişdir.

Bu gün sevimli həmkarımızın 63 yaşı tamam olur. Bu tarixə müharibə veteranı, gözəl ailə başçısı, qayğıkeş ata, hörmətli həmkar adını sığışdıra bildi Elçin müəllim...

 Biz də " Təzadlar" ailəsi olaraq Elçin Məmmədlini ürəkdən təbrik edir, ona uzun və sağlam ömür, can sağlığı arzulayırıq. İllərinizi daim belə şərəfli və yadda qalan tarix kimi qeyd edəsiz, gözəl insan-Elçin Məmmədli!

Elçin Cəfəroğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN