Camal Kurnaz çağdaş türk ədəbiyyatının tanınmış simalarındandır. Ədəbiyyat dünyasına daha çox elmi araşdırmaları ilə böyük töhfələr verən Camal bəy həm də dərin məzmunlu lirik şeirlərin, milli mədəniyyət və ənənələrimizin, tarixi köklərimizin təbliğinə həsr olunan, türkçülük ideyalarına söykənən esselərin müəllifidir.

Alimin “Qədim türk ədəbiyyatı”, “Təsəvvüfdə merac”, “Divan ədəbiyyatı yazıları”, “Türkiyə-Orta Asiya ədəbi əlaqədəri” əsərlərində ortaya qoyduğu ədəbiyyatşünas mövqeyi də,  “Millətin şairi Mehmet Akif”, “Serdengeçti şairləri”, “Dəli rüzgar”, “Türkülərin gücü”, “Türk olmaq”, “Türkün məktəbi – türkü məktəbi” əsərlərindəki milli ruhlu ziyalı mövqeyi də böyük oxucu auditoriyası tərəfindən yüksək rəğbətlə qarşılanmaqdadır.

“Qarabağda şölən var” şeirini Camal bəy Qarabağımızın, Şuşamızın azadlığı sevinciylə qələmə alıb:

“Qarabağda şölən var” 

Azərbaycan! İgidlərin sağ olsun!

Qarabağım, qara bəxtin ağ olsun!

 

Qarabağda şölən var, dünya duysun,

Bundan sonra dağ üstündə bağ olsun!

 

Xarıbülbül ürəklərdə açılsın,

Dörd yanımız bağça olsun, bağ olsun!

 

Qızlarımın hər biri bir şahzadə,

İgidimin hər biri bir bəy olsun!

 

Azərbaycan! Düşmənlərin yox olsun!

Sevənlərin-sayanların çox olsun!

 

Bayrağımız yerə-göyə sığmasın,

Yer üzündə yepyeni bir çağ olsun!

 

Türk elləri zəncir təkin birləşsin,

Əbədiyyən qopmayacaq bağ olsun!

 

Təqdim etdi: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN