Yazıçı-publisist  Yunus  Oğuzun Şuşa şəhərinin  inşa  edilməsinin  270  illiyinə və  44 günlük  Vətən  müharibəsinə  ithaf  olunmuş "Cığır" tarixi  romanı  tamamlanıb.

"Olaylar"ın verdiyi  məlumata  görə bu  barədə  Yunus  Oğuz  bildirib. Bu  tarixi  roman  Pənahəli  xanın  Şuşanı  inşa etdirməsindən  başlayaraq,  ta  8 noyabr  2020-ci il - Şuşanın işğaldan  azad  edilməsinədək  olan   dövrü əhatə  edir. Əsərdəki  bütün  obrazlar,  əsasən  öz  isimləri  ilə  adlandırılıb.Roman  obraz    çoxluğu  və  zənginliyi   ilə  də  seçilir. Belə  ki,  Pənahəli  xandan  başlayan əsərin  qəhrəmanları  Ali  Baş  Komandan da  daxil  olmaqla,  məmurlar,  adi  insanlar, əsgərlər, generallar, bir  sözlə  xalq  bu  romanda  yer  alıb. Düşmən  obrazları  da  yaddan  çıxmayıb. Belə  ki,  Ter-Petrosyan, Paşinyan,  Tonoyan  və başqalarına  da əsərdə   yer  ayrılıb. Romanın  əsas  qayəsi "Cığır"dan  başlayan Şuşanın "Zəfər yolu"na  qədər  uzun  məsafə  qət  etməsidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN