116 il öncə aprelin 7-də yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin ideya rəhbəri olduğu Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”in nəşrə başlamışdı.  

Bununla əlaqədar dünəndən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) ənənəvi formada sərgi təşkil edilib.

Sərgidə “Molla Nəsrəddin” on iki cilddə (1988), “Molla Nəsrəddin” (2005) on cilddə, “Molla Nəsrəddin jurnalının nəşr tarixindən” (Azərbaycan və rus dillərində) (2009), “Molla Nəsrəddin satirik jurnalı” on cilddə (2017), “Molla Nəsrəddin lətifələri” (2018), Səba Namazovanın “Əli Razi Şamçızadə: Molla Nəsrəddində” (2017) və “Molla Nəsrəddin jurnalı və Gəncə ədəbi mühiti” (2018), Gülbəniz Babayevanın “Molla Nəsrəddin jurnalı və milli ədəbi dəyərlər” (2020), baş redaktoru akademik İsa Həbibbəyli olan “Molla Nəsrəddin ensiklopediyası” (2020) və digər dəyərli nəşrlər nümayiş etdirilir.

Nümayiş olunan ədəbiyyatlarda “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti tarixi, müqayisəli və elmi-nəzəri aspektlərdən təhlil və tədqiq olunur.

Xatırladaq ki, Azərbaycan satirik mətbuatının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı ilə 7 aprel 1906-cı ildə Tiflis şəhərində, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnal qısa bir zamanda “Lağlağı”, “Həkimi-Nuni səğir”, “Cırcırama”, “Mozalan”, “Hərdəmxəyal”, “Dəli”, “Hop-hop”, “Sijimqulu”, “Kefsiz”, “Hambal”, “Cüvəllağı”, “Xortdan”, “Dabanıçatdaq” və başqa gizli imzalarla çıxış edən M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Razi, M.S.Ordubadi kimi şair və yazıçıları daimi müəllifləri ətrafında toplayıb. Jurnaldakı karikaturaları isə O.Şmerlinq, İ.Rotter və Ə.Əzimzadə kimi məşhur rəssamlar çəkiblər.

Qeyd edək ki, MEK-də təşkil olunan sərgi 2 həftə davam edəcək.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN