Arxeoloq alimlər Neftçalada yeni aşkarlanan küp qəbirlərdə araşdırmalar aparırlar
Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə AMEA məlumat verib.
Yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.
Hazırda araşdırmalar davam etdirilir.