Milyon ilin sevgisi, ayrılığı, həsrəti yeni biçimdə, yeni çalarda gənc və istedadlı yazar, eyni zamanda peşəkar həkim-fitoterapevt Elnur Eldar oğlunun rus dilinə tərcümə olunmuş şeirlərindən ibarət "Синдром любви" adlı kitabında şeirsevərlərin görüşünə gəlib.

Bu yaxınlarda bir poeziya sevən oxucu kimi mənə də bu kitabla tanış olmaq, dəyərli vaxt keçirmək nəsib oldu. Kitabın səhifələrinin necə sona çatdığını, zamanın necə keçdiyini demək olar ki, hiss etmədim. Kitabla keçirdiyim dəqiqələr mənə böyük zövq və məmnunluq hissi bəxş etdi. Bu şairin imzasını ilk dəfə görəndə mən istər-istəməz dedim: "Bu yaradıcılıq klassik sevgi lirikasının ətrini, bihuş edən rayihəsini minlərlə, milyonlarla oxuculara bir daha sevdirəcək". 

Sevgi həyatın təməlidir, dünya sevgi üzərində qurulub. Sevgi hissidir insanı insan edən, onu yaşadan və gələcəyə səsləyən. Bu fikirlər könlünü eşq aləminə vermiş istedadlı şair Elnur Eldar oğlunun sevgi lirikasında öz əksini tapır. Mən Elnur Eldar oğlunun sevgi lirikasını çox həssas, kövrək, bir toxunuşdan belə inciyə biləcək zərif çiçəyə bənzətdim.  Şairin ürəyinin şah damarından qələmin ucuna süzülən sətirlər oxucunu gözəllikdə və sehrdə bənzəri olmayan bir aləmin, sevgi dünyasının qonağı edir. Bu qəbildən olan şeirlər "Снова я", "Тебя", "Я сновидений больше не желаю", "Моря любовь", "Сад любви", "Приди", "Кардиограмма", "Ожидаю" şairin, cəmi aşiqlər kimi vüsalını, həsrətini bütün gözəllikləri ilə birgə göstərir. Elnur Eldaroğlunun sevgi lirikası ürəkləri oynadan, musiqiyə dönən, səsli lirikadır. Sevgi bulağından su içmiş, bir birindən rəngarəng olan bu şeirləri oxuyanda oxucunun qulağına musiqi səsi gəlir.    

Poeziya nümunələrinin tərcümə çətinliklərini nəzərə alsaq deyə bilərəm ki, tərcümə olduqca uğurlu alınmışdır.  Bir həqiqət var ki, tərcüməçi özü də gərək bir az şair olsun. Şairin və şeirin nəbzini tuta bilsin ki, şeirin mənasına xələl gəlmədən, oxunaqlı, rəvan dildə oxuculara təqdim edilsin. Bu baxımdan kitabı rus dilinə tərcümə etmiş, eyni zamanda ön sözün müəllifi Qiya Paçxataşvili yuxarıda qeyd etdiyim məsələnin öhdəsindən uğurla gələ bilmişdi. 

Onun ön sözdə yazdığı bir fikri təsdiqləmək istəyirəm: "Он лечит и травами и Словом: в результате довольны и больные и читатели".  Bu cümlə kitabın məzmununu və dəyərini tamlıqla xarakterizə edir!" Bu Elnur Eldaroğlunun uğurudur! Bu uğurla istedadlı şairi ürəkdən təbrik edirəm! Mən ona şeirdə və həyatda uğurlar diləyirəm! Günü-gündən Günəş nurundan içib, işıqlı şeirlər yazsın, dostlarını və oxucularını sevindirsin!

Məhəmmədova Aynurə Eyvaz qızı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN