AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi nəzəri seminar keçirilib.

İnstitutundan əldə etdiyimiz məlumata görə, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasani “Orta əsrlər Azərbaycan ədəbiyyatı: problemlər və vəzifələr” mövzusunda məruzə edib. “Azərbaycan mədəniyyəti dünya sivilizasiyasının beşiyidir. Bu beşiyə kənardan necə baxılır, biz özümüz özümüzü necə tanıyırıq, nədən yazırıq, bunlara fikir vermək lazımdır”, - tezislərini əsas götürən alim Ədəbiyyat İnstitutunun sovet dövründə və müstəqillik illərində gördüyü işlərə nəzər salıb. Son illərdə görülən işləri müqayisə edərək yüksək qiymətləndirib. İnstitutda hazırlanan və bir neçə cildi çapdan çıxmış on cildlik ədəbiyyat tarixi kitabları haqqında fikirlərini bölüşüb.

Ç.Sasani həmin nəşrlərin akademik İsa Həbibbəylinin irəli sürdüyü yeni dövrləşdirmə konsepsiyası əsasında hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, elmi seminarda AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Fəridə Əzizova, Ataəmi Mirzəyev, Baloğlan Şəfizadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini səsləndiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN