Müğənni Aysel Əlizadə İnstaqram hesabında lüks və bahalı avtomobildə fotosunu paylaşıb ki, guya bu da izləyicilərin marağına səbəb olub.

P.S. Marağa səbəb olar dəə... Hamı yaxşı bilir ki, Aysel xanımın səsi, sənəti olmadığından xalqa nəsə göstərməlidir ki, gündəmdə qalsın. Yoxsa toyların qiyməti aşağı düşər axı. Bu səbəbdən bahalı, lüks maşında şəkil çəkdirmək, vəziyyətdən əla çıxış yoludur.

***

Aparıcılar Zaur və Günay Baxşəliyevalar cütlüyü, evlərində birgə rəqs etdikləri videonu sosial şəbəkədə paylaşıblar və izləyicilər bu ər-arvadın rəqsinə tərif dolu şərhlər yazıblar.

P.S. ATV-nin belələrinə çox ehtiyacı var... Mən də bu şərhləri yazanlara qoşulub deyirəm: Allah ətinizi töksün! Bunun bir adı var: Görməmişlər və düşüklər...

***

Ötən həftə Rusiyanın Donbasa hücumundan danışan Araz Əlizadə mətbuata belə açıqlama verib: “İndi rus ordusu tərəfindən Donbasın azad olunması prosesi həyata keçirilir. Ukrayna quldurlarının, millətçilərinin bir qüvvəsi qalıb. Putin deyib ki, Ukrayna silahsızlaşdırılmalı və nasistlərdən təmizlənməlidir”.

P.S. Görəsən, bu Araz Əlizadə rusun ətəyindən niyə əl çəkə bilmir? Axı bu Araz bəy niyə bilmir ki, Donbasın azad olunmasını Putindən hansı ukraynalı xahiş edib? Hə, yadıma düşdü, Araz bəydə qafa yoxdur axı, başı var. Başında olan rus və Putin sevdası isə rusların Qarabağda və Xocalıda törətdikləri faciələri görməyə Araz bəyə imkan vermir dəə... Ona görə də Putinin başına “balet” elədiyindən öz başını tamam itirib və Ukraynada başını axtarır. Nəticə verəcəkmi? Çətin!

***

Moskvada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun ötən həftə “Park Bulvar”da pərəstişkarları olan gənclərlə görüşündə yaşanan biabırçılıqlar hələ də gündəmdən düşmür. Gənclərlə görüşdə onlara “Ayfon” telefon bağışlayacağını vəd etdiyindən oğlan və qızların bir telefona görə bir-birini tapdalaması, hələ də xeyli suallar doğurur. Axı niyə belə olsun?

P.S. Bu adımızı batıran gənclər 44 günlük Vətən savaşında avtobusların oturacağının altında gizlənib döyüşə gedən gənclərdən deyil... Özlərini 5 ədəd telefona görə belə alçaldan, rəzil günə salanlar  aygünlərin, faiqlərin, rəqsanələrin, nadirlərin, röyaların, şəbnəmlərin, mətanətlərin, toliklərin və bu kimilərin mənəviyyatını aşılayıb, pozmaq üçün dəridən-qabıqdan çıxaraq yetişdirdikləri gənclərdir. İndi baxıb, fəxr edə bilərlər.    

***

Xəbər verilir ki, AFFA-nın icraçı vitse-prezidenti, sabiq baş katib Elxan Məmmədov Beynəlxalq Futbol Federasiyasının (FİFA) Avropa Milli Asossiasiyaları üzrə direktoru təyin olunub. Azərbaycan futbol ictimaiyyəti arasında futbolun anasını ağladan biri kimi tanınan Elxan müəllimin bu təyinatı xeyli təəccüb doğurub.

P.S. Burada təəccüblü heç nə yoxdur axı. FİFA-ya da elə futbolun anasını ağlatmağı bacaran Elxan Məmmədov kimi peşəkarlar lazımdır dəə...

***

Məlum olduğu kimi, “Tərtər işi” ilə əlaqədar cinayət işi yenilənib və xeyli hərbçi tabeliyindəkilərə verdikləri işgəncələrə görə həbs ediliblər. Hazırda bütün mətbuat və ictimaiyyəti bir sual narahat edir. Günahsız hərbçilərin işini aparan müstəntiqlər və onlara əsassız yerə cəza verən hakimlər niyə cinayət məsuliyyətinə cəlb olunmurlar?

P.S. Heç cəlb olunmayacaqlar da. Nöşün ki, həm paqon həmrəyliyi imkan vermir, həm də... Nə isə...

***

Xəbər verilir ki, müğənni Vəfa Şərifova sosial media hesabında, balaca qızı ilə fotolarını paylaşıb ki, bu da izləyicilərin marağına səbəb olduğundan fotoya xoş sözlər yazıblar.

P.S. Əlbəttə, xoş sözlər yazılmalıdır dəə... Vəfa Şərifova müğənni kimi özünü təsdiq edə bilməsə də, bahalı sponsoru olması ilə özünü çoxdan təsdiq edə bilib. Ona görə də hamı yəqin ki, Vəfaya yox, şəkildə yazıq-yazıq baxan uşaq üçün xoş sözlər yazıblar. Doğrudan da uşaq çox məsum görünür və hiss olunur ki, gözləri yol çəkir. Yəqin atasının xiffəti onu belə qəmgin göstərir. Doğma atanın yerini hər yoldan ötən verə bilməz axı. Tərs kimi biz də yerini bilmirik ki, bu gözəl qızcığazın atasıni tapıb, ona məlumat verərdik. Bəlkə bundan sonra yazıq qızın gözləri yoldan çəkilər və üzü gülərdi.

***

Mətbuatdan məlum olur ki, Türkiyədə 12 manata olan dərman Azərbaycanda 130 manata satılır.

P.S. Qoy bəzi ağzı göyçəklər deməsinlər ki, Türkiyədə 12 manata dərman satanlar Allah adamıdır, bizdə isə, həmin dərmanı 130 manata satanlar Allahsızdırlar. Elə şey yoxdur. Türkiyədə dərman satanlar iş bacarmırsa, ona bizimkilər neyləsinlər? Axı türklər bilməsə də, bizimkilər yaxşı bilir ki, ucuz ətin şorbası olmur. Yəni dərman baha olanda xəstənin sağalması da tez başa gəlir dəə... Xəstə fikirləşir ki, dərmanı baha alıbsa, deməli, keyfiyyətlidir və müalicəyə də yaxşı təsir göstərəcək. Amma türklər demiş, malesef!

***

Əməkdar artist, aktrisa Sənubər İsgəndərli MTV televiziyasının “10-da görüşək” verlişində niyə  müğənnilik etmədiyindən danışarkən belə deyib: “Mənim aləmimdə müğənni canlı konsertlər verməlidir, onun böyük komandası, iş birliyi, prodüsseri olmalıdır. Bunları düşündükcə başa düşdüm ki, müğənnilik mənlik deyil”.

P.S. Halal olsun, Sənubər xanım, sənə! Nəhayət, bir ağıllı adam tapıldı desin ki, hərə bacardığı işin qulpundan yapışmalıdır. Yoxsa, rəhmətlik Habil Əliyev demiş, ərindən boşananların hamısı müğənni olur. Sənubər xanım, sənin dediyin “müğənninin böyük komandası, prodüsseri, canlı konserti olmalıdır” fikri tam doğrudur. Amma bizim indiki, bu  müğənnilərin gərək səsi-sənəti olsun ki, həm yaxşı pul qazansın, həm də o boyda komandanı saxlaya bilsin. Bunların isə səsi var ki, hələ bir canlı konsert də verə bilsinlər? Qadasını alaram müasir texnologiyanın, məhz onun sayəsində studiyada səsləri dartıb nə qədər desən uzadır, cilalayırlar və olurlar fonoqram müğənniləri. Toylarda da bir diski qoyub “oxuyurlar”. Yəni ağızlarını sadəcə açıb yumurlar. Bu yolla toy sahibini və toya gələnləri barmaqlarına dolayıb, babat pul qazanırlar. Heyf ki, belə dələduzluğa qarşı cinayət məsuliyyəti yoxdur. Yoxsa həbsxanalarda böyük bir müğənni ordusu yaranardı.

***

Bir saytın verdiyi məlumata görə, müğənni Damla (Məsumə Əliyeva) oğlu ilə birlikdə istirahətə getdiyi Afrika səhrasında maşınları xarab olub və müğənni bu barədə videonu sosial şəbəkədə paylaşıb.

P.S. “Bəyin oğurlanması” filmində Həsən Turabovun təbirincə desək, yəqin Damlanı uzaq Afrika səhralarında görüb, alqışlamaq istəyən yoxdur. Ona görə maşın xarab olaraq, səhranın ortasında qalıb dəə... O da maraqlıdır ki, istirahətə oğlu ilə birlikdə getdiyi deyilən, amma videoda Damlanın “Şamil, bu nə iş idi başımıza gəldi” dediyi və şortikdə olan kişinin kimliyi barədə heç bir məlumat verilmir...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN