“...Yaşa görə güzəştlərin nəzərdə tutulmasını doğru hesab etmirəm.”

Xəbər verdiyimiz kimi,  ötən gün KİV-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin böyük elmi işçisi, professor Qubad İbadoğlu müəllimlərin sertifikasiya məsələsi ilə bağlı irad və təklifini bildirmişdi. O, 52 yaşdan sonra qadınlarda, 57 yaşdan sonra isə kişilərdə yaddaş zəifliyinin yaranmasını, kurikulumu zəif mənimsədiklərini, gənc müəllimlərlə birgə imtahana qatılmalarının ədalətsiz olduğunu əsas gətirərək, pensiya yaşlarının azaldılmasını təklif etmişdi.

Məsələ ilə bağlı KİV-ə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva hazırda müəllimlərin pensiya yaşının azaldımasının müzakirə olunmadığını bildirib.

O, qeyd edib ki, sertifikasiya prosesi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Kamilə Əliyevanın sözlərinə görə, bu məsələdə yaşlı müəllimlərə hər hansı bir güzəştin tətbiq edilməsi ədalətli olmaz, çünki bu, digər müəllimlərin hüquqlarının pozulması demək olar.

“Təhsil ölkəmizin prioritet sahələrindən biridir, müəllimlərin də hər biri eyni hüquqlara malikdirlər. Bu səbəblə yaşa görə güzəştlərin nəzərdə tutulmasını doğru hesab etmirəm. Valideynlər uşaqlarını müəllimlərə əmanət edirlər, o uşaqlar isə bizim gələcəyimizdir. Gələcəkdə onların yüksək səviyyədə kadr potensialı kimi yetişdirilməsində orta məktəb müəllimlərinin böyük əməyi var”, - deyə o, qeyd edib.

 Kamilə Əliyeva professor Qubad İbadoğlunun yaşı çox olan müəllimlərdə yaddaş probleminin olması, kurikulumu mənimsəməkdə çətinlik çəkmələri barədə fikirləri ilə də razı olmadığını bildirib.

“50-dən yuxarı yaşı olan çox sayda müəllim tanıyıram ki, gözəl pedaqoji təcrübəyə malikdirlər, müasir texnologiyaları mənimsəyiblər, kurikulum proqramını çox gözəl bilirlər”, - deyib.

Komitə üzvü məmimsəmənin yaşla əlaqəsi olmadığını vurğulayaraq bildirib ki, hər bir müəllim sinfə daxil olmadan öncə öz üzərində çalışır və dərsə hazırlaşır.

O, bu cür yanaşmanı dəstəkləmədiyini və hər bir müəllimin sertifikasiyadan keçməli olduğunu bəyan edib...

Xatırladaq ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevdir, müavini isə Musa Qasımlıdır.

 Kamilə Əliyeva, Tamam Cəfərova, Ülviyyə Ağayeva, Afət Həsənova, Pərvin Kərimzadə, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım, Rafael Hüseynov, İsa Həbibbəyli, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Eldar Quliyev, Anar İsgəndərov və Etibar Əliyev isə komitə üzvləridir.  

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN